Axtar

31 Ocak 2012 Salı

Əhəmənilər (Həxaməneşilər) dövrünə aid türkcə yazı nümunəsi

Yengi Ögə




Azərbaycan ərazisində tapılan bəzi yazı nümunələrini türk dilinin ən qədim yazı və qrafik növü hesab etmək olar. Buna eradan əvvəl IX-VIII əsrlərə aid Manna yazısını örnək göstərə bilərik. Prof. Dr. Əlisa Şükürlü Cəbrayıloğlu 1996-cı ildə Ankarada keçirilmiş III Beynaxalq Türkoloqiya Konqresində “Azerbaycanda Yeni Bulunan Köktürk Yazılı İki Eser” adlı məruzəsində Lənkəran və İsmayıllı rayonlarından tapdığı iki göytürk tipli yazı nümunəsini elm aləminə təqdim etmişdir. Bunlardan biri saxsı İy üzərində iki sətirdən ibarət bir yazıdır ki, bu tip yazılara  Azərbaycanın başqa bölgələrində də rast gəlinib. Naxçıvanın Sədərək rayonunda yerləşən Fərhadevi adlı mağaranın arxa divarında üç sətirdən ibarət yazını deyilənlərə misal çəkmək olar .
Məlum olduğu kimi, qədim türk qrafikası elm aləmində runik əlifba kimi tanınır.  Bunun səbəbi Skandinaviyada tapılan və formaca əski türk əlifbasına oxşayan runik yazıların işarələrilə eynilik təşkil etməsidir.   Çünki həmin yazılar elm aləminə Goytürk yazılarından daha öncə məlum idi.   
Qədim türk runları yazılma zaman və coğrafiyasından asılı olaraq forma baxımından bir-birindən azacıq fərqlənir. Əlisa bəyin təqdim etdiyi yazı nümunələri bölgəsəl tip etibarı ilə Qərbi Türk runları və Guzey Qafqaz varyantlarına daha yaxındır. Onlardan biri xüsusi  özəlliyi ilə seçilir. Sözügedən yazıda başqa varyantlarda rastlanmayan və zənnimcə, 
“RT” qoşa samit səsini ifadə edən bir işarənin () olmasıdır. Oxumağa çalışdığım həmin yazıda qalın “t” işarəsi iki formada qeyd edilmişdır ki, bu da mətndə həmin səsin iki fərqli səslənişinə dəlalət edə bilər. Yazının başqa özəlliyi isə burada Əhəmini şahı II Ərdəşirin adının çəkilməsidir. Bu isə yazının tarixini müəyyən etmək baxımından böyük önəm daşıyır.
Sözügedən yazının yeni varyantda oxunuşunu təqdim edirəm (oxunuş zamanı bəzi işarələr bərpa edilmişdir):


Mətnin mövcud ( orijinal ) şəkli :

                         

Bərpa və oxunuşudan sonra :



1. anaitgə eb-ebtə 
2. dab arttşr ança onulub
3.on ap ay

Tərcüməsi :

1. Anahita məbədində
2. Artaşir (Ərdəşir ) yaralanıb, eləcə sağaldı
3. on aydan çox

Sözlərin oxunuşu və izahı:


: anaitgə  (anait+gə) - “Anahita” teoniminin əski türkcədəki yönlük halıdır. Anahita (Yunan qaynaqlarında Anaites ) su və məhsuldarlıq tanrıçası olub. Əhəmənilər dövründə Midiya ərazisində, Ekbatanada əzəmətli məbədinin olduğu məlumdur. Bəzi xüsusiyyətlərinə görə onu Nana (Ay tanrıçası) ilə müqayisə etmək olar. Onun adı ilk dəfə Əhəməni şahı II Ərdəşirin Şuş sarayındakı yazısında Ahuraməzda və Mitra ilə birlikdə yad edilir və Ahuramazdadan sonra ikinci yerdə çəkilir. Bu isə şahın ona verdiyi önəmdən xəbər verir.



:ebebtə (eb-eb+tə) - Burada eb (ev) sözünün iki dəfə, ard-arda təkrarlanması, haqqında söhbət gedən evin daşıdığı önəm və əzəməti ifadə edir və onun evlər evi, yəni məbəd, saray olduğunu diqqətə çatdırır. Eyni halla “bəylərbəyi”, “xanlar xanı” kimi titul bildirən kəlmələrdə qarşılaşırıq. Təqdim edilən mətndə “eb-eb” (məbəd, saray) termini yerlik halda işlənmişdir.

: dab – Bu söz qədim türkcədəki “tap” sözünün cingiltili samitlərlə deyilişidir. Həmin kəlmə yaralamaq, döyməklə dəridə iz buraxmaq (Divan-ül Lüğət ət-Türk) mənalarında işlənmişdir. 




: arttaşir ( Ərdəşir ) – ll Ərdəşir (e.ə 404-358 illər) VII Əhəmənı şahı  olub. Bu şahın dövründə bəzi mühüm tarixi hadisələr baş vermişdir ki, onlardan biri də Midiyada kadusilərin qaldırdığı qiyam idi. ll Ərdəşirin şəxsən özü fars ordusuna başçılıq edərək, həmin qiyamı yatırmağa cəhd etmiş, lakin onun ordusu böyük itgilərə məruz qalmış, nəticədə də şah kadusilərin tələbləri ilə razılaşmaq məcburiyyətində qalmışdı. Bu şahın dövründə baş vermiş daha bir hadisə onun Anahita məbədində qardaşı kiçik Kir tərəfindən sui-qəsd nəticəsində yaralanması idi. Kirin sonradan yunanlardan ordu alaraq, qardaşına hücuma keçdiyi və döyüşdə aldığı zərbədən öldüyü məlumdur.
Tarixi mənbələrdən o da məlumdur ki, ll Ərdəşir mənsub olduğu Əhəməni sülaləsinin inanc sisteminin əleyhinə olaraq, Fars (Persiya) tarixində ilk dəfə Anahita və Mitra kimi tanrıları da müqəddəslər sırasına daxil etmiş və onlara məbəd və heykəllər ucaltmışdır.


: ança – Bu kəlmə qədim türk dilində çox işlək söz olmuş, “eləcə”, “o qədər”, “elə”, “o cür” mənalarda işlənmişdir.


: onulub (onul+ub) – Bu fel “xəstəlıkdən sağalmaq”, “düzəlmək” mənasında olmuşdur. Sözügedən kəlmə “Divan-ül Lüğət ət-Türk”də sağır nunla “onguldı” ( “ongulmaq” felindən) formasında verilmiş və həmin mənada izah edilmişdir.

: on – Kəlmə on sayını ifadə edir.



: ap (əp) – “Ap” sözü “artiq”, “lap”, “ən” mənalarında bəzi sifət və zərflərin əvvəlinə artırılaraq, bu gün də işləkliyini qorumaqdadır . Lakin həmin kəlmənin haqqında söz açmaqda olduğumuz mətində müstəqil termin kimi “çox” və “artıq” anlamında işləndiyinin şahidi oluruq.


: ay sözü həm Yerin təbii peyki, həm də zaman vahidini, yəni təqvim ayını ifadə edir.  Bu mətində zaman vahidi kimi işlənmişdir.