Axtar

17 Ocak 2013 Perşembe

Yazımızın başlanğıcı: Gəmiqayadakı türk damğaları və onların anlamı (II bölüm)


Yengi Ögə

Öžlək " damğası (Gəmıqaya)

Z” işarəsı (əski türk əlifbası)

Gəmiqayadakı astral rəsmlərdən biri də svastika kimi tanıdığımız Öžlək damğasıdır. Bu damğa əski çağlarda Avrasiya qitəsində ən yayğın damğalardan biri olmuşdur. Onun izlərini bütün mədəniyyətlərdə tapmaq mümkün olsa da, onun ilk yarandığı yer Ön Asiya bölğəsi və prototürklərin yaşadıqları ərazilər, o cümlədən Güney Qafqaz və İran yaylası olmuşdur. Bu damğanı ilk dəfə araşdıran Avropa alimləri bu işarəyə yunan və hind qaynaqlarında rast gəldiklərindən onu Arian soylarının ortaq damğası saymış və qədim hind qaynaqlarındakı adı ilə, yəni “svastika” (sanskritcə “su” - yaxşı və “asti” - olmaq) adıyla tanıtmışlar. XX əsrdə sözügedən işarəni irqçi alman faşistləri öz gerblərinə çevirdiklərindən o, çoxları tərəfindən nifrət və şər obyekti kimi qəbul edilməyə başlamışdır.
Ən qədim dövrlərdən başlayaraq əcdadlarımız tərəfindən qayalarda (Qobustan, Gəmiqaya, İran yaylası), saxsı qablarda, xalçalarda dönə-dönə işlədilən bu damğanı və onun reallıqda nə anlam daşıdığını araşdırmadan günəşi simvolizə etdiyini və arilərin tapınaq və inanc sisteminə aid olduğunu iddia etmişlər. Həqiqətin nədən ibarət olduğunu anlamaq üçün isə, təbii ki, oxşar motivləri bir araya gətirdikdən sonra bir nəticəyə varmaq olar. İlk öncə qeyd edək ki, bu işarənin astral xarakterli olduğu və rəsmlərdə bir çox halda səma obyektləri arasında yer aldığı bəllidir. Amma o da faktdır ki, bu işarənin quruluş forması bir mərkəz ətrafında fırlanmanı ifadə edir.  Bu isə günəşn mahiyyətinə uyğun deyil.  Üstəlik də ibtidai insanların günəşin fırlanması barədə hansısa təsəvvürə malik olduğuna inanmaq çətindir. Kosmoqonik anlam daşıdığı şübhə doğurmayan və müəyyən bir fəlsəfi-mifoloji görüşü əks etdirən damğanın mahiyyətini başa düşmək üçün o, əski türk inanc sistemı əsasında araşdırılmalıdır.
Əski türk mifoloji qaynaqlarının araşdırılması göstərir ki, qədim türklər  göyün Ülkər ulduzlarına bağlı olduğunu və səmanın Ülkərin ətrafında döndüyünü düşünürdülər. Bu inanc  petroqilf və piktoqrafik təsvirlərdə özünü Ülkər ulduzlar qrupunun simvolu sayılan keçı və yaxud onun damğası sayılan “baş” işarəsi ilə birlikdə təsvir edilməsində təzahür edir. 

Gəmiqaya




 Gəmiqayada “baş” və “öz” damğaları birlikdə



Qobustan

Qobustan

Qobustan


İran yaylası



İran yaylası, möhür

İran yaylası- saxsı nimçə

Bu inanc daha bir qutsal düşüncənin təməlində dayanır  və fələklərin bir nöqtə üzərində fırlandığını və ondan törəyən zaman anlamını ortaya çıxarır. Bu isə hadisələrin  zaman axarında necə cərəyan etməsini, başqa sözlə, insanların taleyinin kainatın fırlanmasından və zamanənin gedişindən asılıığını göstərir. Burada məcazən fələk (göy, cismləri ilə birlikdə) məfhumu  zaman tanrısı düşüncəsini ortaya çıxarır . Bu isə əski türk düşüncəsinə görə “öžlək” adlanır. Öž (öd) zaman mənasında qədim türk qaynaqlarında işlənmişdir. Bu tanrının adı əski türk yazılarında “Ödtengri” olaraq keçir. Kül tiğin abidəsində atalar sözünə oxşar bir cümlədə belə deyilir : “Ödtengri yasar, kisi oğlu kop ölgəli // ölügli törəmis” (Zaman tanrı yaşar amma insan oğlu çox fənalı törəmiş).
  “Öžlək” isə fələk – zaman anlamında  aktual olmuşdur. Örnək olaraq, məşhur türk xaqanı Alp Ər Tonqanın ölümünə söylənmiş ağını göstərmək olar:

Alp ər Tunqa öldimü?
İsiz ajun qaldımı?
Öžlək öcin aldımı?
Emdi yürək yırtılur.

Gördüyümüz kimi, bu folkolor nümünəsində öžləyin, yəni fələk-zamanənin öc (intiqam) alıb-almadığı sorulur. Xalq arasında “Öžlək”ə (fələkə) inam günümüzə qədər davam edir. Amma indi bu söz artıq arxaikləşib və dilimizdə onu ərəb mənşəli “fələk” sözü işlənir.  “Sən saydığını say, gör fələk nə sayır” atalar sözündə də əks olunmuş bu incaca  görə talelər, işlərin gedişi yalnız fələk saydığımız zamam tanrısı və ya quvvəsindən asılıdır. Bu tanrı işlərdə bizlərə uğur versin deyə, qədim dövrdə “öžlək” damğası saydığımız svastika ərənlərin dəbilqə, qalxan və kəmər-toqqalarinda həkk edilr, türk qadınlarının boyunlarından asılırdı.

Marlik. “Öžlək”  damğasının magik bəzək elementi kimi çıxış etdiyi qızıl boyunbağı

Əcdadlarımızın kosmoqonik düşüncələrini tamamlayan astroloji baxışlar  sonrakı dövrlərdə daha da təkmilləşərək  səma çərxinin qütb ulduzu ətrafında fırlanması düşüncəsini meydana gətirmişdir. Bu səbəbdən də həmin ulduz “Təmür Kazuk” (dəmir mismar), fələk isə “Kök Çığrısı”(göy cəhrəsi-çərxi) adlanmışdır. Maraqlıdır ki, orta çağ astrologiyasında həmin qütb ulduzuna ərəb mənşəli sözlə “Codəy” (جدی ) // Oğlaq demişlər. Bu isə göyün mərkəzinin əski görüşlərdə keçi(Ülkər qrupu) ilə bir daha səsləşdiyini görürük.

Kiçik ayı bürcündə qütb ulduzu “Codəy” (جدی ) // Öğlaq

Kiçik ayı bürcündə qütb ulduzu





İran yaylasının dörd bir yerində “Öžlək” damğası


Saymalıtaş-Qırqızistan “Öžlək” damğası

“Öžlək”  damğası daha bir funksiyanı ifadə etməkdədir o isə qutsallık və ruh aləmidir. Əski türkcədə “Öz”, ruh anlamında işlənmişdir o ucdan qədim  küp qəbirlərin yuxarı hıssəsində “Öžlək”  damğası yer almaqdadır və bununla gələcək həyatda ölmüş insanın ruhuna uğur diləyirmışlər. Bu gələnək islamiyyət dönəmində belə davam etmişdir və bir çox türbələr və məscidlər bu damğa ilə süslənmışdir:


Şeyx Səfiəddin türbəsi – Ərdəbil


Came məscidi- İsfahan



“Xoca Əhməd Yasəvi” türbəsi- Qazaqistan


“Öžlək”  damğasının başqa forması “Dönərgə” damğası olmuşdur. Ona əsasən qədim Qafqaz Albaniyasının kilsə divarlarında və məzar daşları və sənduqələrdə rast gəlinir o damğa da islamiyyət dövrundə bəzən müqəddəs məkanlarda işlənmışdir:


Sənduqə Urud kəndi



Şah Nemətullah Vəli türbəsi- Mahan





















5 Ocak 2013 Cumartesi

Yazımızın başlanğıcı; Gəmiqayadakı türk damğaları və onların anlamı (I bölüm)


Yengi Ögə






Türklərin daha əski çağ düşüncə və yaşam tərzini anladan əsas qaynaqlardan biri də türk yurdlarında rast gəldiyimiz piktoqrafik qaya rəsmləridir. Bu rəsmlər böyük bir coğrafi alanı əhatə edir və bu nəticəyə gəlmək olur ki yer kürəsində ilkin sivilizasiyanın başında elə türklər dayanır. Orta Asiyanın ucqar yerlərindən tutmuş Avropaya qədər, İran yaylasından Ərəbistan və Afrikanın şimalına qədər, hətta Amerika qitəsinə qədər uzanan ortaq bir sivilizasiyanı özündə birləşdirir. İşin ən maraqlı tərəfi isə budur ki, qədim türklərə məxsus rəsm üslubunu başqa xalqların üslubundan ayırmaq bir o qədər də çətin deyil. Elə bu üzdən bəzi alimlər bu qənaətə gəlmişlər ki tarixin başlanğıcında məhz türklər və onların ibtidai mədəniyyəti dayanmaqdadır.                           
Qayaüstü təsvirlər qədim Daş (Paleolit) dövründən (m.ö 40000-13000) başlayaraq, Tunc (m.ö IV-III min il.) və Dəmir( m.ö II-I min il.) dövrlərinə qədər davam etmişdir. Eyni mədəniyyətin təkamülə uğrayaraq təkmilləşmiş izlərinə orta əsrlər mədəniyyətimizdə də rast gəlinməkdədir. Bu proses Azərbaycan və qədim türk beşiyi olan İran yaylasında da eyni qayda ilə sürmüşdür.
Bu məqalədə yalnız Guzey Azərbaycanın bir bölgəsində, daha dəqiq desək, Ordubad rayonununda yerləşən Gəmiqaya dağındakı türk damğalarına və orada olan bəzi petroqlif yazılara aydınlıq gətirməkdir. Buradakı rəsmlər içərisində diqqəti daha çox cəlb edən astral motivlərdir, ki onların vasitəsi ilə ulu əcdadlarımızın dünya və kosmik aləm barədə ilkin düşüncə və inancları sistemini öyrənmək mümükündür. Bunun üçün sözügedən qəbildən olan işarə, rəsm və yazıları bir araya gətirərək müqayisəli təhlil etmək vacibdir. Belə motivlərdən biri qaya rəsimlərinin ən azı 80 faizində rastlanan keçi rəsimləridir. Petroqliflər içərisində bəzi ov səhnələri ilə yanaşı bu heyvanla bağlı sakral mahiyyətli zoomorfik təsvirlərə də rast gəlinir. Bunlar, daha çox, əcdadlarımizin astral görüşlərini və ibtidai təqvimlərini əks etdirməkdədirlər.               
Gəmiqaya rəsmlərində sadə keçi rəsmlərindən başqa bu heyvanın ideoqrafik işarəsinə, yəni keçi ideoqramına da rast gəlinməkdədir. Söhbət ilk baxışdan kəpənəyi xatırladan və təpə nöqtələrindən birləşən üfüqi üçbucaqlardan gedir ki, onlar bilavasitə keçini simvolizə edir. Bunun belə olduğu isə ideoqramın ilkin formalarında keçinin ayaq və buynuzlarının da qeyd edilməsindən görünür.

Gəmiqaya

Meşkinşəhər




Yuxarıdakı şəkillər rəsmdən tamğaya keçid dövrünün məhsuludur. Aşağıdakı şəkildə isə artıq sırf tamğa ilə üz-üzəyik. Burada nə ayaqlar, nə də buynuzlar qeyd edilməyib.


“Baş” damğası



Bu işarə təkcə qayalarda deyil Tunc dövrünə aid saxsı qabların üzərində, sonrakı dövrlərdə isə kilim və xalılarımızıda tez-tez təkrarlanan simvollardandır. Piktoqramdan ideoqrama keçid artıq yazının başlanğıcı deməkdir. Maraqlıdır ki, sözügedən işarə əksər hallarda əsasən göy cisimlərini simvolizə edən ideoqramlarla birlikdə cızılır. Bu isə çox əski bir astroloji görüşü ifadə etməkdədir. Fikrimcə, buradakı göy cismini ifadə edən tamğa müəyyən bir ulduz qrupuna, yəni hər hansı bir bürcə işarədir.
Yuxarıda təsvirini verdiyimiz damğaya Orxon-Yenisey yazılarında (Tonyukuk, Yenisey, Talas) da rast gəlinir. O bu yazılarda “bş” səsini ifadə etsə də Tonyukuk abidəsində bir iki yerdə ideoqram kimi çıxış edir və tədqiqatçılar onu “baş” \\ “bas” kimi oxumuşlar. Madam ki, sözügedən tamğa keçi petroqlifindən törəmişdir və əski türk mətnlərində o “baş” \\ “bas” kimi oxunur, ehtimal etmək olar ki, prototürk dilində keçiyə ya “baş” (bas) demişlər və ya da bu kəlmə “keçi” sözünün sinonimi olmuşdur. Maraqlıdır ki, qədim şumer dilində keçıyə “mas” (mas = bas) deyilmişdir. Bundan başqa həmin dildə “mas da” sözü isə “dağ keçisi”, “ceyran” deməkdir. Şübhəsiz ki “mas” kəlməsi “bas” \\ “baş” sözünün fonotik varyantıdır. Maraqlıdır ki, İran yaylasında yaşayan xalqlar “boz keçi” mənasında bu gün də “buuz”, “buza” kəlmələri işlədirlər.  Anadolu xalq ağzında alnı ağ ( qaşqa) olan keçiyə  "beş" deyilir.


Keçi sürüsündə öndə gedən Baş keçi,
"Bazman" qaya rəsmlərindən - İran yaylası Bəluçestan



Talas çubuqlarında “Baş” işarəsi



Qədim astrologiyanın mərkəzi sayılan Mesopotamiyadan tapılan və əski şumerlərə aid edilən möhür və rəsmlərdə səma obyektlərindən ay, günəş, səkkiz güşəli Venera planeti və bir də yeddi dairə ilə işarələnmış Yetigen ulduzlar qrupuna çox tez-tez rast gəlinir. Bu göy cisimləri, xüsusən də yeddi ulduz bütün mədəniyyətlərdə diqqət mərkəzində olmuş, onunla bağlı çox sayda nağıl, rəvayət, mif və əfsanələr söylənmişdir. 
Maraqlıdır ki türk dilində “ulduz” sözü qədim şumer mixi yazılarında “ul” heroqlifi ilə ifadə edilmiş və formaca ülkər ulduzlar qrupunu xatırlatmışdır :


 Bizdə ülkərlə bağlı bir çox xalq rəvayətləri var. Eyni zamanda əcdadlarımızdan günümüzədək “ Təkə gözünü  ülkərə dikən kimi” ifadəsi də gəlib yetişmişdir. Bu deyim həmin bölgə əhalisinin, xüsusən ovçuların təcrübəsi əsasında formalaşmışdır. Xalq inancına görə, payızdan 18 gün qalanda “ülkər” axşamdan doğur, elə o vaxt da təkələr (erkək keçilər) keçilərin içinə qarışarlar, ona görə də belə bir məsəl var “təkə gözünü ülkərə tikən kimi” deyirlər (5) . Keçi ilə ülkərin əlaqəsinə bir çox təsvirlərdə, o cümlədən qədim saxsı və metal qabların üzərində də rast gəlinir. 


Boyalı saxsı qab üzərində keçı rəsmi və “Baş” damğası


“Baş” tamğalı tunc alt - Lorestan 


Seqzabad (Boinzəhra) saxsı qabı

Marlik gümüş bardağı

Şumer möhrü

 
“Marlik keçisi” sənət əsəri



Gəmiqayada “bas” \\ “baş” damğası ilə bir neçə rəsm mövcüddur ki, onların birində damğanın yuxarısında aypara, aşağısında isə iki dairə cızılmışdır .



Burada ülkərlə ayın yaxınlaşması təsvir edilmişdir ki onu zaman təqvimi kimi qəbul etmək olar . Qədim türk qaynaqlarında bu iki səma obyektinin yaxınlaşması çox önəmli təqvim hadisəsi sayılır və bu hadisəyə “ Qonas” və ya “Qonaşıq” deyilir. Bu söz çox ehtimal qonaq sözündən yaranmışdır ki, qədim türkcədə ev, mənzil anlamını ifadə edirdi. Qonaş hadisəsi hər ay bir kərə baş verir və Əqrəb bürcünün 22-sindən Buğa bürcünün 22-sinə qədər gündüz çağına düşdüyündən gözlə görünmür. Lakin qalan 6 ayda gecə baş verdiyindən muşahidə olunur hətta ekizlər bürcündə buğda biçini vaxtina düşdüyündən ona “biçin qonaş” deyirdilər. Yuxarıdakı rəsmdə hilalın yönünü nəzərə alsaq, bu hadisənin bürcün birinci yarısında baş verdiyini söyləyə bilərik. Əski türk inancında Ülkər üldüzlar qrupunun başqa səma obyektəri ilə görşməsi müxtəlif hadisələrin qaynağı sayılırmış. Misal üçün, yakutlar Ülkərlə Veneranın qarşılaşmasını fırtına və yağışın meydana gətırəcəyini düşünürdülər və yaxud Ayla Veneranın görüşməsi uğur rəmzi sayılırmış. Uğur rəmzi kimi qəbul edilən ay-ulduz işarəsi sonralar Yaxın Şərqdə geniş yayılmış və bir çox İslam ölkələrinin bayrağına yol tapmışdır.

Ülkər ulduz takımı


Qonaş hadisəsi



Qonaş hadisəsi



Gəmiqayada daha bir neçə rəsmdə insanların yuxarıda ( başda) xəyal ediləni keçi və onun damğa formasına ibadət edildiyi göstərilmişdir. 

Qadın və kişi səma keçisinə tapındığı halda




 Qobustan oxşar motiv


Daha bir qaya rəsmində “baş” \\ “bas” damğasının üzərinə başqa və daha kiçik bir “baş” (bas) damğası artırılaraq ibadət halında rəsm edilmişdir. Bu isə keçi və yuxarısında balası deməkdir ki, artım və törə diləyi kimi başa düşülür. 




Bu sakral obyekt və ya dilək obyekti İran yaylasında qaya, saxsı qab və hətta məzar daşları üzərində yaxın zamanlara qədər cızılıb həkk edilmişdir.



İran yaylası - oxşar motiv




İran yaylası - oxşar motiv




Keçi və "Baş" damğası - Uyğur kilimi


"Baş" damğalı boyun bağı - Arjan, Tuva
M.ö. 7-ci əsrin 2-ci yarısı



Xalılarımızda oxşar ornoment

Gəmiqaya

 Qobustan



İran yaylası-Temərə

Iran yaylası

İran yaylası məzar daşı


Təbiətdən oxşar şəkil


Bəzi alimlər “Baş” damğası sayılan işarəsini “RT” kimi 

oxuyurlar amma başqa varyant kimi  onu “TR” oxumağımız

 yerinə düşər çünki Tür sözünün saitsiz deyimidir.Damğanın

üstündəki ay işarəsi əski türk əlifbasında qalın N səsini

 ifadə edir bu isə Ay tanrısının adı “Nanay”(Nənə)-la bağlıdır

Bu oxunuşla iki damğanın yan-yana cızılması bir sözü

 ifadə edə bilr o isə saitsiz “TRN” və saitlə “TURAN” sözünü

 bildirir ki onu “Yaşadan” kimi məna etmək olar. Başqa bir yazıda

 isə “TR” işarəsinin üst-üstə və yaxud yan-yana qoşa 

 yazılmasıdırki onu “TUR- TUR” kimi oxumaq olar və baş

 tanrı və ya "tanrılar tanrısı" kimi məna edə bilərik.


Yuxarıdıkı rəsmlərin müqayisəsi bizə daha bir əski türk inanc sisteminin varlığını aşılayır : “Tür” (Tur) tanrısına tapınma inancı. “Tür” əski dilimzdə, eləcə də qədim şumer dilndə keçi balasına deyilirdi. Bu isə astral görüşlərə görə, tanrıların yaşadığı məkan  yəni səmada var olduğu düşünülürdü. “Tür” həm də “törəmə” və “məhsuldarlıq”, bir sözlə, “həyat quvvəsi” deməkdir. “Tür” yağışların yağmasına, bitkilərin göyərməsinə səbəb olurdu. Elə bu üzdən də keçi ilə həyat ağacı yanaşı rəsm edilirdi.







 
Gəmiqaya keçi və ağac


Mesopotamiya incəsənəti

İran yaylası qaya və saxsı qab




Türkəmənistan saxsı qabı


İran yaylası-Siyəlk

İran yaylası saxsı qırığı


İran yaylası-Elam bardağı



Qanadlı keçi üzərində "Baş" damğası





Tünc qab üzərində “Tür” tanrısı




“Tür”  teomorfu qədim Ön Asıyada, xüsusən də Şimalı Qafqaz, Şərqi Anadolu, Mesopotamiya, Ərəbistan yarımadası və İran yaylasında geniş yayılmış inanc obyekti hesab edilirmiş. Bunu yüzlərlə rəsm sübut etməkdədir. Hatta vaxtı ilə bu bölgədə yaşamış Çuvaş türklərinin əcdadları (çox ehtimal Subarlar) bu tanrıya inancı başqa inanclar kimi Don-İtil bölgəsinə daşımışlar. Onların miflərində Tura // Tora, Ama Tura (tanrıların anası), Tur Tur (Tanrılar tanrısı) adları bu günə qədər qorunub saxlanmışdır. Bu tanrının adını V-ci əsr erməni tarixçisi Movses Xorenatsi Turq // Torq kimi qeydə almışdır.  Bu mülahizələrdən sonra belə bir qənaətə gəlinir ki Türk etnosunun adı elə həmin inancla bağlıdır və “Türk” sözünü teonim kimi qəbul etmək olar və ümumi anlamda bu günki dilimzcə “durmaq” (yaşamaq) feli həmin sözdən yaranmış ola bilər. “Tür”ün yaşam, dirilik, törəmək tanrısı olmasını bəzi qaya və metal sənət işlərində müşahidə etmək olur. Misal üçün Qırğızistanda Saymalıtaş piktogramlarının birində döl alma zamanı bir erkəkin əlini qaldıraraq “Tür” tanrısından oğul (övlad) diləməsi  aydın şəkildə göstərilmişdir:


Qırqızistan Saymalıtaş



Və yaxud İran yaylasının Lorestan bölgəsindən əldə edilmiş metal baş sancağı üzərində bir qadının doğum yaparkən rəsmi qeyd edilib. Onun sağında və solunda keçi balaları təsvir edilib ki, onlar da qoruyucu rolunda çıxış edirlər. Bu piktoqram “Tür” tanrısından yardım diləmək kimi başa düşülməlidir.


İran yaylası Lorestan



Daha bir maraqlı məqam isə odur ki, türk dilində “oğ” (keçi-ov) kökündən yaranan “oğlaq”(keçi balası), “oğul”(övlad, oğ+ul // ulduz), “oğlan”(erkək övlad), “öğək”(bürc), “Oğan”(Tanrı - əski türkcədə) kəlmələri var və ola bilsin, bu kəlmələr “oğuz” sözünün  semantik variantları olsun. Daha bir başqa maraqlı mövzu da əski türk əlifbasındaki incə “t” işarəsinin keçi heroqilifindən yaranmasıdır ki, özü-özlüyündə “Tür” sözünü andırır. 




Bundan başqa, əski türk məzar daşlarında, daş yazılarının yanında, o cümlədən Kül Tekin abidəsin arxasında keçi damğalarının varlığı da çox şeydən xəbər verir. Bu faktlar sözügedən tamğanın inanc xarakterli və yaxud türk kimliyinə bağlı bir simvol olduğunu sübut edir.







“Baş” (bas) sözünün başqa fonetik varantları və ondan düzələn sözlər dilimizdə prototürk dövründən yaşamaqdadır, hərçənd ki, onların bir çoxunun ilkin anlamlarını unutmuşuq. Onlardan “bas”, baz”,”bad”,”pat”, “boz”, “bod”,”boy”, “vaz” sözlərini göstərmək olar. Misal üçün, “bod” sözündən “bodun” (əski türkcədə “başlar” mənasında) insane toplusu və xalq anlamında işlənmişdir və yaxud “boz” sözü göy-səma anlamını ifadə etmişdir ki, bəzi sözlərin tərkibində bu günə qədər yaşamaqdadır. Xatırladaq ki, səma anlamını daşiyan “gök” sözünə gəldikdə, prototürk çağında öküz anlamında olmuşdür. Bunun belə olduğunu astro-arxeologiya elmi sübut edir. Dünyanın bir çox yerində qaya rəsmləri içində böyük öküz şəkilləri ilə rastlaşırıq ki onların gövdəsində bir və ya bir neçə dairə cızılmışdır. Bu təsvirləri əsasən qədim insanların ovun öncəki ovsun ayinləri ilə əlaqələndirirlər. Lakin təsvirlərin diqqətlə təhlili qədim insanların bu rəsmlərlə göyü-səmanı göstərmək istədiklərini söyləməyə əsas verir.  

Kalbaktaş Altay öküz gövdəsində dairələr


Okladnikova, cənub-şərq Siberiya


Buradan aydın olur ki, əski insanlar bürclərdən birinci buğa bürcü ilə tanış olmuşlar və işin ən maraqlı tərəfi burasındadır ki, Ülkər qrupu elə həmin bürcdə yerləşir. Bunu Paleolit dövrünün insanları Fransada yerləşən  Laskauks mağara rəsmlərinin birində aşağıdakı kimi göstərmişlər:


Laskauks mağarası Fransa- öküz üzərində ülkər





Maraqlıdır ki, “gök” sözü öküz anlamında, İran yaylasının bəzi bölgələrində (yaylanın cənub şərqində indiki Bəluçestan bölgəsində) əhalinin dilində yaşamağına davam edir. Qədim Elam mixi yazılarında bir çox şəxs və tanrının adının önündə “Kuk” sözünün işləndiyinin şahidi oluruq (“Kuk-Tanra”, “Kuk-İnşuşinak”, “Kuk-Nahhunte”,...). Ehtimal ki, elamlılar o şəxs və tanrıları səmaya bağlamaqla onları ilahiləşdirmək istəmişlər. Bu ənənə qədim fars mifologoyasında da davam etmişdir və mifik şahların adının önündə “Key” (Kavi “öküz” mənasında) titulunu işlətmişlər.  
        “Gök” sözünün sinonimi olan “Tengri” sözünün şumercədəki “Dingir” , Danga (dana) sözündən yaranma ehtimalı var. Səmanın rəngini yer üzündə yansıdan sular və çaylara babalarımız “öküz” (böyük çay) və “tengiz” (dəniz) demişlər.
Uyğur türklərinə aid “Oğuznamə” kitabında yer alan göy rəngli öküz şəkili və mətndə bildirildiyi kimi, Oğuz xanın ayla öküzün izdivacından doğulması onun səmaya bağlı bir varlıq olduğunu diqqətə çatdırmaq məqsədi güdür. Burada öküz adi bir heyvanı yox, bilavasitə göyü (səmanı) bildirir və Oğuz xanın ayla göyün birləşməsindən yarandığına işarə edilir .  

Uyğur Oğuznaməsi


Qədim zodiak (heyvanlar dairəsi) təqvimini tərtib edən babillilər (m.ö I minillik) ilkin astroloji biliklərini bölgənin yerli xalqı sayılan türklərdən aldıqlarına görə “Tür” tanrısının ulduzları sayılan Ülkər ulduz toplusunu  Buğa bürcünün çiyinlərində yerləşdiyindən, qədim sami xalqları, o cümlədən arameylər həmin bürcü Tora adlandırırdılar. Sonralar isə bu təqvim yunanlar və romalılar tərəfindən mənimsənilmiş və həmin kəlmə qədim latın və yunan dillərinə də keçmişdir. Onlar buğa bürcünə“Taurus”    demişlər.                                                                                                                                                                               





Istifadə olunan ədəbiyyat:

1. Azərbaycan qayaüstü incəsənəti _ Məlahət Fərəcova <ASPOLIQRAF> BAKI- 2009
2. Gəmiqaya abidələri_ Əliyev Vəli Azərnəşr Baki-1993
3.Divanü Lüğatit-Türk _ Kaşğarlı Mahmud Farscaya çevirən: Dr. H.Düzgün Təbriz
4.Sənglax _ Türkcə-Farsca sözlük Mirza Mehdi Astarabadi- edit: R.Xiyavi Tehran
5.Zəngəzur¹_ Musa Urud – Nurlar, Bakı 2005
6.Derəfşhaye Urartuyiye Azərbaycan_Rza Moradi Qiyasabadi –Nəvid, Şiraz
7.Dehxoda Farsca inseklopedik sözlük- online
8.Sibiriyadan Anadoluya Taştakı Türkler_Servet Somuncuoğlu
9.Orxon-Yenisey Abidələri _Ə.Rəcəbov, Y.Məmmədov – Yazıçı,Bakı-1993
10. Sumerian-English Dictionery
11.A.Ü.Türkiyyat Araştırmaları Enstitüsü Dergisi say_37 Erzurum 2008
12.Understanding planets in ancient Mesopotamiya_Folklore Vol.16 ISSN 1406-0957 
13.Традиционное декоративное искусство и праздники чувашей автор Мадуров Дмитрий Федорович