Axtar

5 Şubat 2013 Salı

Yazımızın başlanğıcı: Gəmiqayadakı türk damğaları və onların anlamı (III bölüm)

Yengi Ögə



ANTA” damğası (Gəmiqaya)



NT” işarəsi ( əski türk əlifbası)


Tarixin dərin qatlarına ayaq basdıqca heyrətləndirici məqamlarla üzləşirik. Onlardan biri tarixöncəsi insanlarında ortaq düşüncə sisteminin mövcudluğudur. Alimlərin bir qismi bunun səbəbini tarixdə böyük köçlərin  nəticəsində baş vermiş mədəni təsirlərlə əlaqələndirməyə çalışırlar. Bəzi parapisikoloqlar isə bütün insanların vahid şüur mərkəzi ilə əlaqədə olduğunu iddia edirlər. Haqqında söz açmaq istədiyimiz məqamlardan biri insanların hansı coğrafiyada yaşamasından asılı olmayaraq, ən qədim dövrlərdən öz kosmoqonik düşüncələrini qayalara tam oxşar bir şəkildə həkk etməsidir. Buna örnək olaraq, Avrasiya materikinin, demək olar ki, hər tərəfində, eləcə də Amerika qitəsndə yayğın olan qaya rəsmlərində tez-tez rastladığımız spiralvari piktoqramı göstərmək olar. Bu spirallar bəzən tək və bəzən bir neçəsi eyni yerdə təsvir edilmişlər. Gəmiqaya rəsmlərində də həmin motiv, başqa yerlərdə olduğu kimi, piktoqramların ən sirlilərindəndir:

Gəmiqayada spiral rəsmləri


Bu rəsmlərlə əcdadlarımızın nəyi bildirmək istədiyini anlamaq gerçəkdən də zor görünməkdədir, amma onların sistemli şəkildə müqayisəli təhlili məsələyə bir qədər aydınlıq gətirməyə yardımçı ola bilər. İlk öncə qeyd edək ki, bu rəsmlər müəyyən həndəsi fiqur təsiri bağışlayır və hansısa qübbəvari, yarımkürə formalı bir cismin profil rəsmini xatırladır. Oxşar motivlərə bəzi tarixi əşyaların uzərində də rast gəlmək olur :


Tarixi insan heykəlində yumru qabarıq hissəni göstərmək üçün spiral formasından istifadə etmişlər


Fikrimcə, qayaüstü rəsmlərdə spiral şəkilləri astral xarakter daşıyır və səma ilə bağlı bir düşüncəni xarakterizə edir. Məsələ bundadır ki, qədim mifoloqiyaya əsasən, göy bir neçə qatdan ibarət olub və günbəz formasında təsəvvür edilmişdir. Odur ki, özünü günbəzin altında təsəvvür edən insan bu xəyali günbəzin profilini spiralı kimi rəsm edə bilərdi:


Ülkər takımı, Göy qatlardan (günbəzlərindən) biri



Əski insanların kosmoqonik düşüncələrinə görə göy qübbələrinin (qatların) sayı müxtəlif idi və bu say ayrı-ayrı xalqlarda fərqli olmuşdur. Qatların sayı 3-dən 17-yə qədər uzanırdı. Qədim qamların (şamanların) düşüncəsinə görə, hər bir göy qatı müəyyən ruh və qüvvələrin yaşadığı məkandır və qamlar bəlli bir qata qədər ruhən qalxa bilirlər . Türk mifoloqiyasında Gök Tengrinin və ya Ülgennin yaşadığı yer Ülkər ulduzlar qrupu olmuşdur və yaxud Altaylarda  Qayra xan adlı tanrının göyün ən yüksək qatında, 17-ci qatda qızıl bir sarayda oturduğuna inanılırdı. Belə hesab edilirdi ki, Ayzıt (eşq və gözəllik tanrıçası) göyün 3-cü qatında, Gün Ana (günəş tanrıçası) göyün 7-ci qatında, Ay Ata (ay tanrısı) göyün 6-cı qatında, Ülgənin oğulları May Ana və May Ata göyün 3-cü qatında otururlar. Qamlar da insanların ruh dəngəsi pozulduğu zaman bu qatlara səfər edərək oradakı ruhları yardıma çağırırlar.
Əcdadlarımız, güman ki, uzaq məsafəyə işarə edərkən, “An” sözünü işlətmiş, elə bu səbəbdən göyə də “An” demişlər və səmadakı məkanları (qatları) bildirmək üçün isə “Anta” sözündən istifadə etmişlər. Bunu ulduz sözünün ilkin deyilişində, uzaq məsafəyə işarə edən “UL” (ol) sözündə də görürük. Əski türk yazılarında “Anta” yerlik hal əvəzliyi kimi, “orda” // “orada” mənasında işlənmişdir. Şumer mətnlərində isə “An-ta” yuxarı, yerin yuxarısı anlamına gəlir. Bu kəlmə ilə eləcə də göyə işarə edilmişdir. Beləcə, göy qübbələrini ifadə edən spirallar həm də “ANTA” kəlməsini ifadə etmiş və göy qatlarını bildirmişdir. Bu gün də dilimizdə işlənməkdə olan “Ant // And” (qutsal varlıqlara ürəkdən bağlılığı dilə gətirmək) sözü yaranmışdır və müqəddəs yerlərimizə isə “And yerlərimiz” deyə miraciət etmək alışqanlığı ortaya çıxmışdır. “Sag.Ba” adli ikidilli Şumer-Akad lövhəsində “Tanrıların And Dairəsi” sözü bir neçə dəfə təkrarlanmaqdadır . Burada “And Dairəsi” çox ehtimal səma qatlarına işarədir.
Əski çağlarda qamlar həmin spirallara yaxın ərazidə ibadət etmiş və yaxud ayin yerinə yetirmişlər. Belə məkanlara böyük ehtimalla “Antar // Andır” (ar//ır, er-yer) deyilmiş, daha sonralar isə bu ibadət məkanları böyük daşlarla yarımtikili formada inşa edilərək, “Anteb” (and evi) və “Antas” (as // aş-eş-eşik, Şumercə “E” və”ES” məbəd mənasında olmuşdur) adlandırılmışlar. Bunu günümüzə qədər çatmış toponimlər də təsdiq edir. 
Spirala oxşar təbii fiqurları bəzən simvolik olaraq qutsallaşdırılmış və müqəddəs yerlərin bəzəyinə çevrilmişdir və yuxarı aləmlərlə aləqə yaradılmasında “vasitəçilik etmişdir”. Bu oxşar motivlərdən biri kimi spiral və hilalvarı keçi və qoç buynuzlarını göstərmək olar.
Qədim məbədlərin yuxarısına heyvan burnuzlarının taxılması həmin təfəkkürdən törəmişdir . Azərbaycanda və digər türk bölgələrində məzarlıqlarda  qoç heykəllərinin qoyulması və baş daşı yerinə burnuzların asılması həmin  inancdan irəli gəlir.




Dağ keçisində spiral fiqurlu burnuz


Gəmiqaya






Təbii simvollar




 Noxur məzarlığı-Türkmənistan




İki tapınaq yuxarılarında buynuz fiqurları-  Çeçennistan - Gürcistan sınırı




Şəms Təbrizli türbəsi-Xoy şəhəri



Dünyanın dörd bir yanında spirallar



İran yaylası Timərə



Qamların göy qatlarına yüksəməsi üçün körpü (nərdivan)












Şimali Amerika Qızıldərilərinə aid rəsmlər












Antas bölgəsi –İspaniya



İrlandiyada bir Antebdə spirallar




Stonheng tapınağı-İngiltərə




Göbəkli təpə Türkiyə


Spirala oxşar tapınaq-Göbəkli təpə Türkiyə


Arkaim-Ural

Bir tapınaq rəsmi- Qobustan


Bir tapınaq qalıqları ölçüləri ilə- Gəmiqaya Qaranquş yaylağı


Dairədən dördbucağa dönmüş bir tapanaq rəsmi (Ziqorata oxşar) - Qobustan