Axtar

18 Ekim 2012 Perşembe

Şumer qonşuluğunda türk uyqarlığının izləri (1)

Yengi Ögə







Rəsmdə gördüyünüz bu qab 5000 il öncəyə aiddir.O İran yaylasının cənub-şərqində yerləşən tarixi bir təpədən tapılmışdır. Burada arxeoloji qazıntılar zamanı Şumer mədəniyyətinə çox yaxın bir mədəniyyət aşkara çıxarılmışdır. Alimlər bu mədəniyyəti Şumer mədəniyyətinin sələfi hesab edirlər. Qazıntılar zamanı həmin yerdən bir neçə yazılı gil lövhə də tapılmışdır . O yazıların ilkin Elam yazıları olduğu ehtimal edilməkdədir, lakin əsasən həndəsi fiqurlar formasında olan işarələrin bir çoxunu əski türk əlifbasında görmək olur. Örnək olaraq rəsmi verilmiş qabı 
göstırmək olar.Sözü gedən qabın üzərində əski türk yazılarında sıx-sıx  (nt )

(lt) işarələri diqqəti cəlb etməkdədir. Bunlar əski türk yazı işarələrində iki  qoşa samit səsli işarələridir. Buradaformasında yazılan sözlər Ant və Alt sözləridir. Anta sözü əski türkcədə yerlik hal əvəzliyidir və “orada” mənasında olmuşdur. Bu kəlmə ilə uzaq məsafəyə işarə edilir.Bu söz qədim Şumer  mətnlərində “An-ta” yuxarı, yerin yuxarısı və çox ehtimal göy aləminə işarədir. An sözü özlüyündə göy, səma aləmini bildirir. “Alt” yaxod əski türkcədə “Altın” sözünə gəldikdə o aşağı, alt mənasında işlənmişdir. Bu söz ehtimal ki “Anta” sözünün antonimi olmuş və onunla yerə işarə edilmişdir.
Beləliklə bu qabda olan yazı yuxari və aşağı dünyalara ( gəyə və yerə ) inancı bildirir. Xatırladaq ki əski türklərdə yerə və göyə müqəddəs varlıqlar kimi and içilməkdəydi . Kül Tigin abidəsində isə “Üzə kök tengri asra yağız yer kılıntukda” ( Üstdə mavi göy, altda qonur yer yaradıldıqda ) cümləsi yer almaqdadır ki, bu da məhz həmin inancla bağlıdır.
"Ant" sözü ilə "Tan" sözünün nisbi oxşarlığı da diqqətə layiqdir. Qədim Misirdə göy tanrısı "Nut" adlanırdı.  Ərəbistan yarımadasında arxeoloji qazıntılar zamanı  əldə edilmiş bir abidədə yuxarıdakı damğalar və əski runik işarələri ilə yazılar qazıma üsulu ilə həkk edilmişdir:



 Damğanın altındakı yazıda belə bir cümlə yazılmışdır " Ö KUK " yəni göyü düşün !...