Yengi Ögə
Dilçi
və tarixçi alimlər hələ də bir suala cəvab vermədə yekdil fikrə gələ
bilməyiblər, o da qədim Şumer, Elam, Akad və Hatt dillərində rastlanan çoxsaylı
türk sözlərinin bu dillərə haradan və necə yol tapmısı məsələsidir. Bəzi
alimlər hətta Şümer dilindəki türk sözlərinin çoxluğunu nəzərə alaraq Şumerləri
türk adlandırmışlar. Əldə olan faktlar isə, nə qədər qəribə olsa da, İran
yaylasına işarə etmkdədir.
Məlumat
üçün bildirək ki, sözügedən ərazilərdə indiyədək aparılmş arxeoloji qazıntı
işlərinin böyük əksəriyyəti əsasən avropalılar tərəfindən aparılmış, onlar isə
burada həmişə ari izi axtarmağa üstünlük vermiş, burada olan türk izilərini
görə bilməmiş və ya görmək istəməmişlər.
Bu
izlərdən biri İran yaylasının müxtəlif yerlərindən tapılan və üzərlrində
həndəsi fiqurları xatırladan yazı nümunələri olan gil lövhələrdir. Fonetik yazı
növü olduğu ehtimal edilən bu yazıları indiyədək oxumaq və hansı dilə mənsub
olduğunu müəyyənləşdirmək mümkün olmayaıb. Bəzilri onların proto-Elam yazıları
olduğunu iddia etmiş, amma bu fikirlərini sübut edə bilməmişlər. Bu fikir bizə
inandrıcı görünmür, çünki, tapılan yazı nümunələri tarixi Elam ərazısındən
çox-çox uzaqlarda aşkar edilmişdir. Əslində Elamlılar mixi əlifbadan öncə xətti
(Linear) əlifbadan istifadə etmişlər və əlifbanın işarələri Akad-Elam
bilinqvası sayəsində Alman alimi Walter Hinz tərəfindən müəyyən qədər
çözülmüşdür, amma bunu da tam dəqiqliklə söyləmək olmaz. Bu yazı növündən
kifayət qədər nümunələr əldə edilmiş və onların bir qismi, zəif ehtimal da
olsa, oxunmuşdur. Amma digər bölgələrdə tapılan yazı lövhələrinin işarələrinin
proto-Elam əlifba və yazılarına qətiyyən oxşarlığı yoxdur və başqa bir
mədəniyyətə və çox güman ki, Şumer və Elam mədəniyyətlərindən daha öncəyə aiddirlər.
Sialk
, Yanmış Şəhər , Konar Sandal kimi tarixi yerlərdən tapılan yazılı lövhələrin
mətnləri bu günə kimi oxunmamış və hələ də sirr olaraq qalmaqdadır. Burada mən
bu yazıların bir hissəsinə aydınlıq gətirmək istəyirəm və onların proto-Türk
yazısı olduqlarına dair sübutlarımı ortaya qoymağa çalışacağam. Üzərində
dayanacağım lövhə İran yaylasının cənub-şərqindən, Ciroft şəhərinin
yaxınlığındakı Konar Sandal kəndindən tapılmışdır. Burada 10 ilə yaxın bir
müddət ərzində arxeoloji qazııntılar aparılmış və bir çox qiymətli tarixi
material əldə edilmişdir və sözügedən
materialları bu mədəniyyətin daşıyıcılarının şumerlərlə çox sıx mədəni-ticari
əlaqədə olduqlarını sübut etməkdədir. Daş heykəllər, yonma qablar və saxsı
qabların üzərində olan naxışların motivləri Türk və Şumer incəsənətınə xas
motivlərlə çox yaxındır və hətta üst-üstə düşür.
Sözügedən
mədəniyyəti araşdıran əslən Təbrizli arxeoloq Yüsif Məcidzadə onu Şumer
mətnlərində “Aratta” kimi adı çəkilən bir əski dovlətin şəhər qalıqları hesab
edir və tarixi “Aratta”nin məhz bura olduğunu bildirir. Halbuki, bir çox
alimlərin də əski şumer mətnlərinə istinadan bildirdikləri kimi, Aratta indiki
Güney Azərbaycan ərazisində olmuşdur. İngilis alimləri də Tovratda adı çəkilən
“Ədən” bağları (cənnət) haqda hazırladəqları səndli filmdə “Aratta”nın Cənubi
Azərbaycan ərazisində olduğunu sənədlər və təkzibedilməz dəlillərlə ortaya
qoymuşlar. Hər halda, qaynaqların azlığı bu sahədə qəti fikir yürütməyə mane
olur.
Adı
çəkilən ərazidə qazıntılar zamanı bir neçə yazılı lövhə əldə edilmişdir. Bu
lövhələrin oxunması dünyada tanınmış elamşünas François Vallata tapşırılmışdı. O da, ondan başqa Pioter Stain
Kler və Yakob Dahil kimi daha iki tanınmaş elamşünas bu yazıların Elamca
olduqlarını söyləmişlər. Lakin hələ də onları Elam dilinin köməyi ilə çözə
bilməmişlər. Ona görə çözə bilməmişlər ki, bu alimlər qədim türk yazıları ilə
tanış deyillər.
Arxeoloq
Yusif Məcidzadə isə onların proto-elamca olmadıqlarını düşünür. Çünki həmin
yazılar qədim Elam sınırlarından çox geniş bir arealdan tapılmış və Elamın
məlum ərazisi ilə uyğun gəlmir. Odur ki, bu yazıları proto-Elam
adlandırmaqı səhv bilir. Alim onların proto-İran adlandırmasını təklif edir.
Amma hörmətli alim unudur ki “İran” sözü siyasi bir termindir və bu yaylada
“İran” adında bir xalq heç vaxt mövcud olmayıb. Ona görə bu təklifi uğurlu
saymaq olmaz. Lövhədəki yazı işarələrinin izini proto-Elam yazılarında deyil,
Orxon-Yenisey abidələrində açıq-aşkar görmək olur. Fikrimcə, bu lövhələrin
araşdırması əski türk əlifbasının təşəkkül və inkişaf tarixi ilə məşğul olan
alimlərimizə çox yardımçı ola bilər.
Əski türk
əlifbasındaki işarələrin bəzilərini damğa formasında 10000 il öncəyə aid qaya
rəsimlərində, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri içrisində görmək
mümkündür, amma bu yazılardakı bəzi həndəsi fiqurları xatırladan işarələrin
haradan gəldiyi və yarandığı haqda bir söz söyləmədə çətinlik çəkirik. Şərti olaraq “Aratta yazısı” adlandıracağımz
mətnlərdəki işarələrin səslənişini müəyyən etməkdə bizə Orxon-Yenisey
əlifbasının işarələri yardımçı olmaqdadır və onları səsləndirmədə çətinlik
çəkməyəcəyik. Oxucularda əyani təsəvvür yaransın deyə, burada həm “Aratta”, həm
də Orxon-Yenisey mətnlərinin hər ikisinin, eləcə də proto-Elam mətnlərinin əks
olunduğu nümunələri təqdim etməyi məqsədəuyğun hesab edirəm:
Bulqarıstanda tapılmış 7000 illik bir tablet
Aratta 1
Akad-Elam bilinqvası
Proto Elam yazı nümunəsi
Göründüyü
kimi, şərti “Aratta” yazısı ilə proto-Elam yazısını vahid yazı sistemi kimi
nəzərdən keçirmək qətiyyən doğru olmaz, hərçənd, bəzi alimlər bunları eyni
əlfba hesab edirlər. Doğrudur 1-ci şərti “Arata” lövhəsinin 5-ci
sətrində 3 işarə proto-Elam işarələri ilə ortaqlıq təşkil edir, amma qalan
işarələrin hamısı əski türk əlifbasında mövcuddur.
Bu
oxşarlıq bizə imkan verir ki, lövhədəki yazını türk əlifbası əsasında
transkripsiya edək və mətni türk dili əsasında təhlil edək. Qədim şərq tikili
ənənəsini nəzərə alaraq arxeoloqlar bu gil lövhələri Şahlıq yazısı (Royal
Inscription ) adlandırırlar, belə ki
qədim məbəd, saray və önəmli binaları tikərkən binanın nə məqsədlə, hansı şah
tərəfindən inşa edildiyi tikilinin qıraq bucağında kitabələr və bəzən kərpiclər
üzərində hək edilirdi. Lakin lövhənin türkcə traskripsiyası yazının bu
funksiyanı daşımadığını, sadəcə qədim bir tibbi bəlgə olduğunu göstərir.
Əlbəttə, təqdim etdiyim versiyanın tam doğruluğunu sübut etmək bir o qədər də
çətin deyil, bundan ötrü dəyərli dilçi alimlərimiz bu layihənin üzərində
komanda halında çalışmalıdırlar. Bu uyqarlığı öyrənməyin türk dünyası üçün çox
önəmli bir məsələ olduğuna inanıram.
1. Sak-Şak MaŞ iZÇi ZaKaNT QaN
2.MaD MaD əM KəMŞiZ əMəQ aZ
3.ZŞ...DN ZoKaN ZoKaN iKiŞ
4.......Ş?K aNTıŞ aNTıŞ KıZ
5.uZuS MuNU BİNLİ SULuTaKİ
Sözlərin açıqlaması
:
SaK-Şak : Saq-Saq ; Bilin,
Xəbəriniz olsun (DLT )
MaŞ : Baş, Başçı. Qədim Şumer mətnlərində dövlət idarəçiliyində “Maş-Maş” kahin-vəzir vəzifəsi anlamında işlənib
iZÇi: İzi ; Sahib, Ağa,Sərvər . Bu üzdən tanrıya da izi deyilir. Bu mətndə Hökmran mənasında işlədilib. Burada Çi mənsubiyyət şəkilçisidir .
ZaKaNT QaN : Şəxs adı. Çox ehtimal həmin vilayətin hakimi olmuş. Göründüyü kimi sözün sonundakı QaN kəlməsi Kan, Xan sözünü ifadə idir və türklərdə ən qədim titullardan sayılır. Elə həmin dövrlərə aid Elam şahlarından “Tiri Kan” şah adına da rast gəlirik.
MaD MaD : Bat-Bat , Bəng otu. (Dərman bitgisi)
əM : Dərman, Əlac.
KəMŞiZ : Ağrısız , dərdsiz . Kəm ; Xəstəlik (DLT). Şiz, Siz sözün sonunda nəfy şəkilçisidir.
əMəQ : Əlac etmək. Əm sözündən yaranan feil. Əmləmək ; dərman etmək (DLT)
a Ẑ: Sağalmaq. Yaxşılıq və uğurluq əlaməti (DLT).
ZoKaN ZoKaN : Soğan, Sərimsaq ( Dərman bitgisi ). Bu gün bu bitgi artıq qıda bitgisi sayılır. Sözlərin təkrarlanmasına gəldikdə həmin hal Şumer dilində də mövcuddur və orada ismin cəm formasını bildirir . Türk dillərində isə sözün önəm və əhəmmiyyətini artırır.
iKiŞ : Xəstəlik. İg ; Xəstəlik (DLT).
aNTıŞ aNTıŞ : Andız otu. Xalq təbabətində dərman kimi işlənən bitgi (Az.DİL). Anqduz ; bu bitginin kökü qarın ağrısı üçün işlədilir (DLT)
KıZ : Dəyərli, Nadir tapılan nəsnə (DLT)
uZuS : Uyuz , qoturluq (ola bilsin mətndə "Qızılca" xəstəliyindən danışılır). Uzuz (DLT)
MuNU : Xəstəliyi . Mun ; Xəstəlik , eyib (DLT)
BİNLİ SULuTaKİ : Bənizi (dərini) suluq edər .
MaŞ : Baş, Başçı. Qədim Şumer mətnlərində dövlət idarəçiliyində “Maş-Maş” kahin-vəzir vəzifəsi anlamında işlənib
iZÇi: İzi ; Sahib, Ağa,Sərvər . Bu üzdən tanrıya da izi deyilir. Bu mətndə Hökmran mənasında işlədilib. Burada Çi mənsubiyyət şəkilçisidir .
ZaKaNT QaN : Şəxs adı. Çox ehtimal həmin vilayətin hakimi olmuş. Göründüyü kimi sözün sonundakı QaN kəlməsi Kan, Xan sözünü ifadə idir və türklərdə ən qədim titullardan sayılır. Elə həmin dövrlərə aid Elam şahlarından “Tiri Kan” şah adına da rast gəlirik.
MaD MaD : Bat-Bat , Bəng otu. (Dərman bitgisi)
əM : Dərman, Əlac.
KəMŞiZ : Ağrısız , dərdsiz . Kəm ; Xəstəlik (DLT). Şiz, Siz sözün sonunda nəfy şəkilçisidir.
əMəQ : Əlac etmək. Əm sözündən yaranan feil. Əmləmək ; dərman etmək (DLT)
a Ẑ: Sağalmaq. Yaxşılıq və uğurluq əlaməti (DLT).
ZoKaN ZoKaN : Soğan, Sərimsaq ( Dərman bitgisi ). Bu gün bu bitgi artıq qıda bitgisi sayılır. Sözlərin təkrarlanmasına gəldikdə həmin hal Şumer dilində də mövcuddur və orada ismin cəm formasını bildirir . Türk dillərində isə sözün önəm və əhəmmiyyətini artırır.
iKiŞ : Xəstəlik. İg ; Xəstəlik (DLT).
aNTıŞ aNTıŞ : Andız otu. Xalq təbabətində dərman kimi işlənən bitgi (Az.DİL). Anqduz ; bu bitginin kökü qarın ağrısı üçün işlədilir (DLT)
KıZ : Dəyərli, Nadir tapılan nəsnə (DLT)
uZuS : Uyuz , qoturluq (ola bilsin mətndə "Qızılca" xəstəliyindən danışılır). Uzuz (DLT)
MuNU : Xəstəliyi . Mun ; Xəstəlik , eyib (DLT)
BİNLİ SULuTaKİ : Bənizi (dərini) suluq edər .
Bu günkü türkcəmizcə
:
1.
Bil ey baş hökmran
“Zakant qan”
2.
Bat-bat ağrı kəsici dərmandır , sağaldır
3.
...... Soğan (sərimsaq), xəstəliyi
4.
.......Andız dəyərli
5. Uyuz xəstəliyi bəni (dərini) suluq edər