Yengi Ögə
aNa
damğası
Əski türk damğalı yazı sistemində yer
alan bəzi həndəsi formalı işarələr nədənsə çox zaman unudularaq, türk əlifbasının
hərfləri sırasında göstərilmir.Onlardan biri də “n” və “nq” səslərini ifadə edən
romb formalı işarədir.
Türk yazı mədəniyyətinin
piktroqrafiyadan ideoqrafiyaya, ideoqrafiyadan fonetik yazıya qədər bütün təkamül
mərhələlərini izləməyə imkan verən bu damğanın ilkin izlərinə 10-15 min il öncəyə
aid qayaüstü təsvirlərdə və Ulu Ana kultunu səciyyələndirən heykəlciklərin üzərində
rast gəlirik.
Bilindiyi kimi, Ulu Ana motivi ilk daş
dövründən başlayaraq insanlarin mifoloji düşüncə sistemində möhkəm yer edən
tapınaqlardan sayılır. Sözügedən kult əsasən məhsuldarlıq, bolluq və bərəkətin
qoruyucusu kimi çıxış edib, başqa sözlə, ulu əcdadlarımız onu yerin ruhu və ya
tanrıçası hesab ediblər. Bu tanrıça bizlərdə Nənə (Ana-Ana) kimi də tanınır və
çox vaxt ona “Xan Nənə”, “Nənə Xanım”, “Qarı Nənə” deyə müraciət olunur.
Əski türk yaradılış miflərinin birində
o, “Ağ ana” kimi yad edilir və Tanrıdan üstün tutulur. Hətta Tanrı dünyanı onun
əmri ilə yaradır:
“Bir zamanlar yalnız Tanrı Qara xan və
su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ağ ana
göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bunu eşidən Qara xan
bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi
uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq
istəyirdi. Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı.
Kişi dibsiz suya yuvarlandı. Elədiyindən peşiman olub Tanrı Qara xandan
bağışlanmasını xahiş etdi...”
Ana tanriça. Qobustan,Mezolit dövrunə aid rəsm
Qayaüstü təsvir və heykəlciklərdə Ana rəsmi
“Şila
Na Gig” Kelt ana kultu
Ana tanrıça fiqurları
Ana tanrıça heykəlciyi
Neolit dövrünə aid ana tanrıça heykəli- Vyana Təbii Tarix Muzeyi
Kukuteni-Tripoli (Neolit-Eneolit dövru) ana tanriça
Azərbaycanda ana kultuna aid heykəlciklər (Zakatala bölgəsi)
Qucağında körpə tutmuş “Basut Açış” (şəfqət ana)
Ana kultunu əks etdirən heykəlcik və
qayaüstü rəsmlər müxtəlif dövr və məkanlarda daşıdıqları funksiya və məzmuna
görə çox da fərqlənməsələr də, çeşitli formalar almışlar. Onlar bir çox vaxt şəhvət
artırıcı jestlərlə təcəssüm edilirdilər. Onların əksəriyyətinə böyük və
sallanmış döşlər, qabarıq omba və qarın xasdır.
M.Ö 24000-22000 Villendorf kəndinin
yaxınlığı, Avstria
Bəzi fiqurların üzərində romb işarəsi
diqqət çəkir və bu işarə qadın cinsi orqanının açılmış formasını təcəssüm
etdirir.
“Şila Na Gig” Kelt ana kultu
İran yaylasında romb formalı işarə, piktroqrafik
yazı işarəsi kimi qayaüstü və gil lövhələrdə hələ m.ö 3100 illərdən gözə
çarpmağa başlayıb. Bu işarə N səsini ifadə edib və “aNa” sözünü bildirir. Qeyd
etmək lazımdır ki, “ana” və ya “nənə” (nana) kökünə bir çox qədim dillərdə
(Elam, xatt və s.) rast gəlinir və türk dillərində həmin kök söz bu günəqədər
eyni anlamı ifadə edir.Mixi yazıdan öncəyə aid Proto-Elam əlifbasında da bu
işarənin“n” səsini ifadə etdiyinin şahidi oluruq :
Proto-Elam əlifbası
Qədim
mədəniyyətlərdə N yazı işarəsinin müqayisəsi
Proto-Elam yazı nümünəsi
Konar Sandaldan (İran yaylası)tapılmış yazılı gil lövhə (m.ö III minillik)
Harappa mədəniyyətinə aid möhür
Mohenco-Daro möhürü
Teymərə qayaüstü yazısı (İran yaylası)
Gümüş boşqab üzərində Manna yazısı
Karefto mağara tapınağı (Güney Azərbaycan)
Haqqında söhbət açdığımız damğa-işarəyə
qədim Mesopotamiyadan əldə edilmiş bəzi oyma və möhürlərin üzərində də rast gəlinir.
1910-cu ildə Vilyam Hayes Vard tərəfindən Amerikada basılmış “Qərbi Asiyanın
Silindir Möhürləri” ( The Seal Cylinders of Western Asia ) adlı kitabda da romb
formalı işarədən qadın emblemi kimi söz açılır.
“Ana” sözünün necə yarandığını və hansı
təkamül mərhələlərindən keçdiyini anlaya bilmək baxımından onun etimologiyası böyük
maraq kəsb edir. Bunun üçün bəşəriyyətin ən qadim sivilizasiyalarından sayılan
və əldə olan yazılı mətnləri keçmişimiz barədə nisbətən aydın təsəvvür yaradan Şumerlərdə bu
sözün izini aramağa ehtiyac var. Şumerlərdə Ana kultunu səciyyələndirən tanrıçalardan
biri və ən yayğın olanı “İnanna / İnana”
(İn + Ana) adlanır. Göründüyü kimi bu tanrıçaya “Ana” deyə müraciət olunmuşdur.
Dilçilərin qənaətinə görə bu söz Şümercədə
“Göy Xanımı” (nin-an-ak) anlamına gəlir. Maraqlıdır ki Şümerdə ana sözünü bildirən
“AMA” sözü, qrafik formada bir ulduz və onu ehatə eən həndəsi fiqurdan ibarətdir
:
Ulduz işarəsi “AN” oxunaraq əsasən
ulduz, səma və tanrı anlamındadır :
Amma Şümerdə təkcə
qadın cinsini bildirmək üçün başqa işarədən istifadə etmişlər :
Beləliklə Ana sözünün kökünü An olarak qəbul
edə bilərik. Bu söz fikrimizcə, İran yaylasının ilk sakinləri olan prototürklərin
dilindən alinma bir sözdür. Daha sonralar həmin bölgədə başqa
bir qadın tanrıçasına tapındığının şahidi oluruq. Bu tanrıçanın adı “ANAİDİ” (Yunan-Rum
mətnlərində Anaidis, “Avesta”da isə Anahita) adlanır və əsasən su tanrıçası
kimi qəbul edilir. Bu tanrıçanın adı yazılı qaynaqlarda ilk dəfə Əhəməni şahı
II Ərdəşirin (m.ö 404-358 ) kitabələrində çəkilir, lakin onun Midiya dönəmində
də var olduğunu ehtimal etmək olar. “Avesta”da
həmin tanriçaya qurban verənlərin sırasında Turan xaqanı Əfrasiyabın (Alp Ər
Tonqa) da adı çəkilir. Göründüyü kimi, ANAİDİ ( ANA + İDİ) ana və əski türkcə “himayəçi
ruh” mənasında olan “idi” (idi // izi //
iyə // əyə) sözlərindən yaranıb.
Bu tanrıça ilə bağlı ən maraqlı məqamlardan biri də odur ki, “Avesta” da bu su
tanrıçasına edilən bir dua və ya istək, bir qədər təhrif olunsa da, əski türkcdədir:
“Arədvī Sūra Anāhitā” (Aratı sula, Anaidi). Dilçi alimlər bu bir cümləni
düzgün başa düşməyərək oardakı “Arədvī
Sūra” (aratı sula) ifadəsini Anaidinin ləqəblərindən biri kimi şərh
etmişlər (Arədvīsūra).
Anaidi
“Oğuznamə”nin uyğur variantında Ay Tanrı
(Ay Tenqri) Oğuz xanın anası rolunda çıxış edir. Şumerdə bu tanrı qadın deyil,
kişi cinsinə aid edilsə də, onun adı (Nanna) ilə Anaidanın adı arasında
yaxınlıq diqqət çəkməkdədir. Ola bilsin ki, bu tanrının da adı bölgədəki prototürklərdən
qaynaqlanmışdır.
7000 il öncəyə aid sümükdən yonulmuş boyunbağısı
ay formasında və qarnında bitki ilə ana işarəsi romb olan Ana tanrıça – tapılma
yeri İtaliyanın şımalı
Metsopotamiyadan tapılmış başında aypara
olan ana tanrıça
Ana damğası (romb) ilə süslənmiş tanrıça
Əl Uzza
İran yaylasının ilk sakinlərindən olmuş prototürklər
ən əski çağdan özlərinə xas kosmoqonik və totemistik düşüncəyə sahib olmuş və çox zaman zoomorfik simvolikadan istifadə
etmişlər. Həmin simvollaşmış təfəkkürün izlərini qayaüstü rəsmlərdə, daş və
tunc heykəlciklərdə əyani şəkildə muşahidə etmək mümkündür. Söhbət sakrallaşmış
öküz, keçi, quş, ilan, və s. heyvan təsvirlərindən gedir.
Analığı simvolizə edən sakral qanadl
keçi ilə süd əmən balası
Ulu ana kultu Ön və Orta Asiyada çox zaman keçi ilə qoşa təsəvvür edilmişdir. Keçinin cinsiyyətini
bildirmək üçün keçi rəsminin önündə romb
işarəsi cızılmış və ya buynuzları romb formasında təsvir edilmişdir. Azərbaycan
türklərinə aid folklor nümunələrində keçiyə bəzən “Nənə” deyə muraciət olunması,
bizcə təsadüfi deyil:
Nənəm o xallı keçi,
Məməsi ballı keçi.
Uca qaya başında
Tutubdu yallı keçi.
Bu gələnək türklərdən başqa xalqlara da keçmişdir.
Məsələn. ingililslər dişi keçini “Nanny goat” (nənə keçi) adlandırırlar.
Şumerlər qutsal sandıqları qaşqa keçiləri
“Maş” (baş) adlandırmışlar. Dövrümüzədək orta fars dilində çatmış “Bondəheş”
kitabında ilk qadının adı “Maşana” (Maş +Ana) kimi qeyd edilmişdir. Sasanılər
dövrün miflərinin özündə toplayan həmin
kitabda bildirilənə görə, rəvənd (farsca Rivas) bitkisindən yaranan ilk insanlar
Maş (kişi) və Maşana (qadın) adlanırlar. Onları ağ tüklü bir keçi əmizdirərək
süd verir. Mifin qədim türk mifologiyasından qaynaqlandığı heç bir şübhə
oyatmır.
İran yaylası –Teymərə
Orta Asiya türk abidələri
Orta Asiya türk abidələri
Keçi maskası və Ana damğası ilə bir
qadın və ya tanrıça – Etrusk kültürü
Ana kultu keçi obrazı ilə - Tunc heykəlcik,
İran yaylası m.ö. I-II min illik
Ana kultu keçi obrazı ilə - Tunc heykəlcik,
İran yaylası m.ö. II min illik
Ana tanrıça keçilərin əhatəsində
(Uqarit)
Ana damğası qutsallığı simvolizə edərək, zaman-zaman məişət əşyalarını bəzəyib ornamentə
çevrilmişdir :
Ana və Baş damğaları ilə süslənmi saxsı
qab
Ana damğası ilə bəzənmiş bir boyalı
saxsı qab (Soyuqbulaq, Muşlan təpə m.ö IV-I min illik)
Ana damğası və onu qoruyan Umay quşü-
Balta başı (iran yaylası m.ö 2000 -Elam?)
Qaşqay türklərinə aid Ana damğa motivi ilə
bir xalça
Azərbaycan türklərinin astral şirniyatı
Azərbaycan Paxlavası
Sonuc
Qaynaqça :
Beydili C. Türk mitolojisi ansiklopedik
sözlük, 2004 Yürt kitap yayim.
Karakurt D. Türk
söylence sözlüğü. 2011, e-kitap.
William Hayes Ward, The Seal Cylinders of Western Asia – Published by Carnegie institution of Washington 1910
Ə.Rəcəbov, Y.Məmmədov,
Orxon-Yenisey Abidələri- Bakı
yazıçı 1993
Ed.Peter& Tara Hogan, Sumerian Cuneiform English Dictionery, (e-bookCəfərov N. Qədim Türk ədəbiyyatı. B.,
“AzAtaM”, 2004. 322 s.
Nərimanoğlu K. V. Türk mif poetikasına
yeni baxış (ön söz). S. Rzasoy. Oğuz mifi və Oğuznamə erosu. Bakı, Nurlan,
2007, s. 3-5.
Oğuznamə. Bakı, Yazıçı, 1987. 223 s.
“Oğuznamə”lər. Bakı, BDU-nun nəşriyyatı,
1993. 92 s.
Ögel B. Türk mitolojisi (Kaynakları ve
Açıklamaları ile Destanlar), 1 cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1989,
644 s.
Ögel B. Türk mitolojisi, II cilt, Ankara: Türk Tarih Kurumu
Basımevi, 1995, 610 s.
Ögəl B. Türk mifologiyası. l c.
B.,”MBM”, 2006.
Qafarlı R. Azərbaycan türklərinin
mifologiyası (bərpa, genezis). Bakı, Ağrıdağ, 2004 a . 232 s.
Qafarlı R. Azərbaycan türklərinin
mifologiyası (mifik dünya modeli, təsnifat). Bakı, Ağrıdağ, 2004 b. 236 s.
Qasımzadə F., Hacıyev T. Avestadan bu
günədək. Bakı, Bilik, 1982. 52 s.
یشت ها (ج.1) - ابراهیم پور داود -
تهران : اساطیر,1377
سنگ نگارهای ایران (نمادهای اندیشه نگار)/محمد ناصری فرد
- خمین: 1388
بندهش / فرنبغ دادگی,گزارنده مهرداد بهار-
تهران:توس,1378
یافته های تازه از ایران باستان
/ هینتس, والتر ترچمه پرویز رجبی -تهران, ققنوس1385
http://www.pinterest.com/sexwithjaiya/goddess-statues/
http://www.pinterest.com/nunenge/fertility-goddess/
http://en.wikipedia.org/wiki/Mother_goddess
http://spheresoflight.com.au/axismundi/index.php?page=2011-02
http://www.etymonline.com
http://en.wikipedia.org/wiki/Sheela_na_Gig
http://www.goddessgift.net
http://www.oocities.com/the_pagan_heart/Articles/Festivals/May05B.html
http://www.crelegra.com/cre_le_gra_photos/wall_pieces/wall_pieces_gallery/sheela_na_gig_detail2.jpg
http://www.highbeam.com/doc/1G1-66355318.html
http://historicalbaggage.blogspot.com/2012/07/numeroustimes-in-my-life-there-have.html