Yengi Ögə
Kaşğarlı
Mahmud Böyük Türk ölkəsindən, yəni Turanın ərazisindən söz açarkən Azərbaycanın
həm quzeyini, həm də güneyini bu sınırlar içərisində göstərmiş, türk şəhərləri
içərisində Şabran və Qəzvinin də adını çəkmişdir. Bu dahi alim Tehrandan cənubda
yerləşən Qum şəhərini Türk ölkəsinin ən cənub şəhri olduğunu da xüsusi
vurğulamışdır. Fəqət bu fikirlər
Kaşğarlı Mahmudun yaşamış olduğu Xl əsrin coğrafi reallığını əks etdirməkdədir.
Əldə olan faktlar isə bugünkü İranın biz düşündüyümüzdən də geniş ərazilərinin ən
qədim zamanlardan türklər ölkəsi olduğunu söyləməyə əsas verir. Bu baxımdan
İranın Mərkəzi ostanı da istisna deyildir.
Belə düşünmək
üçün əlimizdə çox sayda təkzibedilməz fakt mövcuddur ki, onlardan biri də
Xomeyn şəhəri yaxınlığında yerləşən Timərə adlı qayalıqlarda bulunan, ümumi
sayları 25-30 minə yaxın olan qayaüstü rəsmlər və əski türk runları ilə
yazılmış bir yazı nümunəsidir. Bu təsvirlərin böyük əksəriyyəti Tunc dövrünə
(m. ö. lV-lll minilliklər) aid olsa da bəzilərinin tarixi Eneolit (m.ö VI-IV
minilliklər) dövrünə qədər uzanmaqdadır.
Onlardan Tunc dövrünə aid olanları mövzumuz baxımından daha böyük önəm
daşımaqdadırlar. Məsələ burasındadır ki, həmin təsvirlərdə qədim türk gələnəklərini
əks etdirməkdə olan çox dəyərli məlumatlar qorunub saxlanmışdır.
Ən çox maraq
doğuran təsvirlər içərisində ən qədim zamanlardan başlayaraq türklərə xas olan
və günümüzədək davam edən atla və yırtıcı quşla ov səhnəsinin əks olunduğu
qayaüstü təsvirlərdir (şəkil № 1 və 2). Bu təsvirlərin dəyəri dünyada atı ilk dəfə əhliləşdirmiş, eləcə də toğan (şahin)
və qızılquş kimi yırtıcı quşlardan ilk dəfə ov məqsədi ilə istifadə etməyə
başlamış türklərin ən azı Tunc dövründən etibarən sözügedən ərazilərdə məskun
olduqlarını sübut edən tutarlı dəlil olmasındadır. Eyni zamanda həmin təsvir
quşla ov etmək gələnəyinin tarixinə də işıq tutmaqdadır.
şəkil № 1
Timərə təsvirlərini
bizim üçün maraqlı edən daha bir səbəb onlardan bəzisində xalça və kilimlərimizdə
bu günə kimi yaşamaqda olan naxış və damğaların öz əksini tapmasıdır. Məlumat üçün bildirək ki, eyni naxışlara türkmən xalçalarında da
rast gəlinməkdədir. Tanınmış Rus arxeologları, Sarianidi və Massonun
yazdıqlarına görə, bu naxışlar Türkmənistanın
cənubundan tapılmış Tunc dövrü abidələrində (m.ö.lV-lll minilliklər) izlənməkdədir
və onları bura İran ərazisindən köçüb gəlmiş əkinçi və maldar tayfalar gətirmişlər.
Tirəmə abidələri
içərisində yer almaqda olan və Tunc dövrünə aid olduğu heç bir şübhə oyatmayan
bir yazının (şəkil № 3) önəmini isə heç
nə ilə müqayisə etmək mümkün deyildir. Uzun müddət bu yazı üzərində baş
sındırmış iranlı arxeoloqlar sonda belə bir fikir söyləmişlər ki, guya o,
protoelam yazsının indiyə qədər elmə məlum olmayan yeni variantıdır. Fəqət əski
türk-run əlifbası ilə az-çox tanış olan istənilən şəxs bunun belə olmadığını,
yazıdakı işarələrin Orxon-Yenisey abidələrindən tanıdığımız işarələrin tam eyni
olduğunu görə bilər. Yəni fars alimləri bu yazı nümunəsini milddan öncə 2300 il
əvvələ aid Elam həndəsi fiqurlu əlifba kimi qələmə verməyə çalışsalar da, fakt
budur ki, buradaki yazı bütünlüklə qədim
türk əlifbası ilə asanlıqla oxuna bilən
qısa bir mətnidir və o türkcədir. Yazı üç sətirdən ibarətdir. Birinci sətirdə
sağdan sola “ç” və “m” hərfləri, ikinci sətirdə “lt”, “n” və “lt” hərfləri, üçüncü sətirdə
isə “y” və “t” hərfləri açıq-aydın
oxunur. (şəkil № 4)
şəkil № 3
şəkil № 4
Nəzərə almaq lazımdır ki, ilk fonetik əlifbalarda
sait səslər göstərilmirdi. Oxuduğumuz bu yazı da eyni qəbildəndir. Mətnə
çatışmayan sait səsləri əlavə etsək, aşağıdakı cümlənin yazıldığını görə bilərik:
“Eçim (əmim) Altuniltə
(şəxs adı) yiti (öldü)” .
Məlumat üçün
bildirək ki, bu cümlədə yer alan “eçi” (eçü, içü, içi) və “yiti” (yeti) kəlmələri
eyni forma və anlamlarda Orxon-Yenisey abidələrində də məhsuldar olublar. Həmin sözlərdən birincisi
Kül Tigin abidəsinin şərq tərəfinin 1, 5, 6, 13, 16, 17, 19, 24, 26, 31, şimal
tərəfinin 3 –cü sətirlərində, Bilgə Xaqan abidəsinin şimal tərəfinin 9-cu sətrində,
Ongin abidəsinin 1 və 4-cü sətirlərində, eləcə də Yenisey abidələrinin bir
çoxunda, ikincisi isə Ongin abidəsinin ön tərəfinin 1 və 3-cü sətirlərində, Kül
Tigin abidəsinin şərq tərəfinin 7 və 27-ci sətirlərində, Moyoncor abidəsinin
17-ci sətrində işlənmişdir.
“Altuniltə” adına gəlincə,
qeyd etməliyik ki, əski türklərdə “altun” kəlməsinin iştirakı ilə düzəldilmiş
çox sayda ad mövcud olmuşdur. Bu baxımdan Altun
Tamğan Tarkan, Altuntay Sanun, Altun Bilgə, Altun Tamğa və s. Adlarını
göstərmək olar.
Ən sonda qeyd etmək
lazımdır ki, Timərə abidələrinin yerləşdiyi bölgə ən qədim zamanlardan xalac və
qaşqay türklərinin oylağı olmuşdur və bu xalqlar həmin bölgənin aborigenləridirlər.
Hiç yorum yok:
Yorum Gönder