Yeŋi Ögə
Türk
dünyasından gələn hər bir xoş xəbər bizi sevindirir. Bu xəbərlər arasında
tariximizə aid yeni tapıntılar, xüsusən də yazılı bəlgələr olanda sevincimiz
ikiqat artır.
İyul
ayının 5-də “The Siberian Times”ın rəsmi sitəsində uzaq Saxa (Yakutiya) elində
11 yaşlı oğlan uşağının qədim bir amulet tapdığı barədə xəbər yayıldı. Bu
amulet mamont sümüyündən hazırlanıb və
üzərində əski türklərə aid damğa yazısı ilə 5 söz yazılıb. Söhbət hansı
sözlərdən gedir və türkoloqların böyük marağına səbəb olan amuletdə nə yazılıb?
Şübhəsiz ki, alimlər öz sözünü deyəcəklər. Mən də öz fikrimi bildirmək
istəyirəm.
Yazı
amulet kimi istifadə edilən bir lövhəciyin üzərində yazılıb və amulet üzərində
çızıldığı üçün ehtimalən tilism xarakteri daşıyır. Belə olduğu üçün də söhbət
hər hansı tanrı, qutsal varlıq və ya şəxslərə yönəlik dua və ya alqışdan gedə
bilər. Amuletin üzərindəki yazını oxumağa başladığımızda məhz bunlardan çıxış
etməyin doğru olacağı fikrindəydik və fikrimiz də öz təsdiqini tapdı.
Yazı yuxarıdan aşağıya doğru 4 sırada sağdan sola
yazılıb və ilk sırada iki damğa ilə iki söz bildirilib bunlar belədir
: Sağdan
birinci işarə damğaya çevrilməmişdən öncə, çox eski çağlardan ideoqram kimi
işlənmişdir və piktoqramdan yaranma bir simvoldur. Ancaq əski türk yazılı
abidələrdən BŞ / BS səsbirləşməsini (liqatur) ifadə
etmiş və Baş / Bas kimi oxunmuşdır. İdeoqram olaraq qutsal səma keçisi
və yaşam ağacını simvolizə etməklə yanaşı petroqliflərdə və bədii keramika
nümunələrində astral obyekt simvolı kimi də çıxış etmişdir. Saxa amuletində onu
mənalandırarkən, bölgenin yerli inanclarını nəzərə alaraq onu “Ağac Ana” və ya
“Yaşam Ağacı” ilə əlaqələndirməyi daha uyğun hesab edirik. Niyə?
Bildiyimiz
kimi, Saxalar ən çox ağac kultuna inanan bir xalqdır və saxa türkcəsində ağca
"Mas" deyilir ki, onun "Bas" // "Baş" ifadəsinin
fərqli fonetik variantı saymaq olar. Qeyd edək ki, Saxalar yaşam ağacını çox
zaman “Aal Luuk Mas” adlandırırlar ki, burada "Aal Luuk" sözləri
"Mas" üçün sifət rolunda çıxış edir. Baş / Bas damğa və ya
simvoluna mərkəzi Azərbaycan olmaqla, tunc dövrü Kür-Araz mədəniyyətinə aid saxsı qabların üzərində
tez-tez rast gəlinir. Bu mədəniyyətin təsır dairəsi çox böyük coğrafiyanı əhatə
etmişdir, hətta Mesopotamiya mədəniyyətinə etgisi danılmazdır.M.Ö III minilliyə aid dörd qulplı bir saxsı vazanın üzərində
rəsm edilən Baş // Bas damğası və ağac rəsmləri fikrimizin həqiqət olduğunu
sübut edir.
Bu damğanın qutsal mahiyyeətini göstərən bir çox maraqlı
axeoloji material mövcuddur. Onlardan biri Sibirin cənubunda, Tuva
Resublikasının Kızıl şəhəri yaxınlığındakı Arjan kurqanından tapılmışdır. Saka
türklərinə aid edilən və təsviri aşağıda verilən maddi mədəniyyət nümunəsi M.Ö
VII əsərin II yarısına aid edilir. Bu, şüşə və daşdan hazıianan, üzərində
"Bas" damğası olan muncuqlardan düzülmüş qolbağıdır.
Baş // Bas damğasının izlərinə ilk dəfə Azərbaycanda Neolilt
dövrnə aid maddi mədəniyyət nümunələri
üzərində rast gəlinmişdir. Bu baxımdan Güney Azərbaycanın Başkəndi sayılan
Təbriz şəhərinin Tarix Muzeyində sərgilənən və M.Ö V min illiyə aid kasanı
xatırladan saxsı qabı misal çəkə bilərik. Onun hündür oturacağı üzərində eyni
damğaya rast gəlməkdəyik.
Bu
damğanın ağacla əlaqəsini sübut edən bir
dəlil isə dilimizdə indi də işlək olan "Meşə" sözüdür (farsdillilər
bu sözü bizdən alıb onu "Bişə" kimi tələffüz edirlər). Qədim Şumerlər
"Mas" sözünü əsasən keçi üçün işlətmişlər. Fikrimizcə, bu məsələyə
xüsusi diqqət yetirməmiz lazımdır. Çünki Azərbaycan ərazisindəki qədim
petroqliflərdə ağac və keçi təsvirlərinə birlikdə rast gəlinir.. Görünür əski
çağlarda Prototürklər hər iki anlamı bir sözlə ifadə etmişlər və çox vaxt
petroqliflərdə keçi və ağacı müəyyən inancla bağlayaraq, yanaşı təsvr etmişlər.
Gəmiqaya
(Naxçıvan) – Azerbaican
Tamqalı
Say – Qazaxıstan
Gəmiqaya (Naxçıvan) –
Azerbaican
İndiki
İranın mərkəzi (M.Ö 5000-4500)
Baş // Bas
damğasının ənənəvi davamını biz Azərbaycanın kilim və xalçalarında da görə
bilirik. Bunlardan birində həmin damğa ağac və keçi ilə birlikdə təsvir
edilmişdir.
Azərbaycan
xalçası (Şirvan XIX əsr)
Orxon-Yenisey
abidələrində “Iduk Baş” (qutsal Baş) yer adına rast gəlirik. Bu toponim həmin
abidələrdə iki dəfə işlənmişdir. Tonyukuk abidəsində qutsal varlıqların
sırasında “Basa” kəlməsinə də rast gəlinir (Tengri Umay, Iduk Yer-Sub, Basa birti
erinç / Tanrı Umay, Müqəddəs Yer-Su, Basa, (qələbə) verdi.
Beləliklə
“Basa” araşdırıcılar tərəfindən gözdən qaçırılsa da əski türk inanc sistemində
qutsal varlıq olaraq qəbul edilməlidir və görünür, həmin kəlməni ifadə edən
damğanın minillər boyu dəyişmədən işlək olması buradan qaynaqlanır.
: Birinci sətirdə "Baş" damğasından sonra gələn damğa əski türk yazı sistemində Ç səsini bildirir amma söz olaraq "AÇA / AÇI" (Eçi) (kimi oxuna bilir (əski türk damğa yazı sistiminə görə söz başında A səsini bildirən fonotik işarə yazılmır). Açı əski türk dilində Böyük Ana, Nənə (yaşlı qadın) anlamında işlənib və bölgənin dilində isə xarakterik olarak işlək söz olmuşdır. Misal üçün Su İyəsinə Tatarca (Su anası), Yakutça “Uu İççi” və Ağaç Anaya, Moğolcada "Modun Eçe" deyilir
:Yazıda ikinci sırada yer alan söz "KOB" kimi oxunur. Lakin yazı qaydalarına görə samıt damğalar qalın səsli işarələrlə yazılmalı idi, lakin incə samitlərlə yazılıb, o üzdən bu sözün yazılışında qusur var. "KOB" sözü kar samitlə başlandığı üçün türk sözlərinin uyuşma qanununa görə kar samitlə bitməlidir. Odur ki, bu söz əsasən "KOP" kimi işləkdir və əski türkcədə mübaliğə ədatı kim olmuşdur və "çox", "bütün" anlamındadır. Ağac üçün bu söz "qollu-budaqlı", "gür" kimi mənalandırılır. "Divani-Lüğati-t-Türk" kitabında belə bir atalar sözü yazılıb:
: Birinci sətirdə "Baş" damğasından sonra gələn damğa əski türk yazı sistemində Ç səsini bildirir amma söz olaraq "AÇA / AÇI" (Eçi) (kimi oxuna bilir (əski türk damğa yazı sistiminə görə söz başında A səsini bildirən fonotik işarə yazılmır). Açı əski türk dilində Böyük Ana, Nənə (yaşlı qadın) anlamında işlənib və bölgənin dilində isə xarakterik olarak işlək söz olmuşdır. Misal üçün Su İyəsinə Tatarca (Su anası), Yakutça “Uu İççi” və Ağaç Anaya, Moğolcada "Modun Eçe" deyilir
:Yazıda ikinci sırada yer alan söz "KOB" kimi oxunur. Lakin yazı qaydalarına görə samıt damğalar qalın səsli işarələrlə yazılmalı idi, lakin incə samitlərlə yazılıb, o üzdən bu sözün yazılışında qusur var. "KOB" sözü kar samitlə başlandığı üçün türk sözlərinin uyuşma qanununa görə kar samitlə bitməlidir. Odur ki, bu söz əsasən "KOP" kimi işləkdir və əski türkcədə mübaliğə ədatı kim olmuşdur və "çox", "bütün" anlamındadır. Ağac üçün bu söz "qollu-budaqlı", "gür" kimi mənalandırılır. "Divani-Lüğati-t-Türk" kitabında belə bir atalar sözü yazılıb:
Kop sögütgə kuş
konar,
Körklüğ kişigə söz
kəlir.
( qol-budaqlı söyüdə quş qonar, gözəl qıza söz gələr).
: Yazıda üçüncü sırada yer alan söz "YEG" (YİG) kimi
oxunur və bu oxunuş əski türk yazılarında tez-tez işlənir, "yaxşı",
"iyi" anlamlarının ifadə edir.
:Sonuncı sırada yazılan söz əski türk mətnlərində ən işlək
sözlərdən biri olub "BOL"
kimi oxunur və "olmaq" (bolmaq) felinin əmr formasındadır.
Beləliklə
bütün mətn belə yazılıb və oxunur :
BAŞ
:AÇA :KOB : YEG : BOL
Bu günki türkcəmizlə:
AĞAC
ANA QOLLU-BUDAQLI, YAXŞI OL !
Qaynaq : https://siberiantimes.com/science/others/news/boy-11-finds-1000-year-old-message-written-in-runes-on-pendant-made-of-mammoth-bone/
P.S. Bu
yazının və onun tərəfimizdən təklif edilən oxunuş variantını bloquma yerləşdirdikdən
və sosial mediada paylaşdıqdan sonra ona müxtəlif rəylər gəlməkdə davam edir.
Oxunuşa, daha doğrusu mətnin tərcüməsinə etiraz edənlər olduğu kimi, xoş
münasibət bəsləyənlər də az deyil. Türkiyəli bir dostumuzun yazdığı yorum isə
bizim üçün sözün əsl mənasında tam gözlənilməz oldu. Onun yazdıqları həm
sözügedən yazının məna çeşidliyini, həm də İslamdan öncəki dua (alqış) anlamlı
mətnlərin xalq arasında hələ də yaşarlılığını qorumaqda olduğu göstərməsi
baxımından çox önəmlidir.
Söhbət əslən Türkiyə Cümhuriyyətinin Kayseri
İlinin Pınarbaşı ilçəsinin Kurtlar köyündən olan, Əfşar boyuna mənsub olduğunu
söyləyən Yıldırım Başkurt adlı bir soydaşımızdan gedir. Onun yazdığına görə, Kurtlar köyündə belə deyim var: "Baş aça
çok yeğin ol". Anlamı " Başa kadar yada sonuna kadar çok iyi ol
" dur.
Gördüyümüz bu alqışi yuxarıdakı Saxa yazısı ilə
nisbi müqayisədə eyni götürmək mümkündür ancaq bu xalq deyiminin kökəni və
ilkin anlamı bizim təkilf etdiyimiz versiya olma ehtimalı var çünki bəzi çox mənalı
sözlər xüsusən də inancla bağlı deyimlər zaman axarında öz ilkin funksiyasını itirdiyindən yeni anlam alır bu
xüsusda çoxlu örnəklər mövcuddur.
Beləliklə, dah əski bir türk alqışının minillər
keçməsinə baxmayaraq, hələ də yaşamaqda olduğunu görməkdəyik.