Axtar

17 Ocak 2013 Perşembe

Yazımızın başlanğıcı: Gəmiqayadakı türk damğaları və onların anlamı (II bölüm)


Yengi Ögə

Öžlək " damğası (Gəmıqaya)

Z” işarəsı (əski türk əlifbası)

Gəmiqayadakı astral rəsmlərdən biri də svastika kimi tanıdığımız Öžlək damğasıdır. Bu damğa əski çağlarda Avrasiya qitəsində ən yayğın damğalardan biri olmuşdur. Onun izlərini bütün mədəniyyətlərdə tapmaq mümkün olsa da, onun ilk yarandığı yer Ön Asiya bölğəsi və prototürklərin yaşadıqları ərazilər, o cümlədən Güney Qafqaz və İran yaylası olmuşdur. Bu damğanı ilk dəfə araşdıran Avropa alimləri bu işarəyə yunan və hind qaynaqlarında rast gəldiklərindən onu Arian soylarının ortaq damğası saymış və qədim hind qaynaqlarındakı adı ilə, yəni “svastika” (sanskritcə “su” - yaxşı və “asti” - olmaq) adıyla tanıtmışlar. XX əsrdə sözügedən işarəni irqçi alman faşistləri öz gerblərinə çevirdiklərindən o, çoxları tərəfindən nifrət və şər obyekti kimi qəbul edilməyə başlamışdır.
Ən qədim dövrlərdən başlayaraq əcdadlarımız tərəfindən qayalarda (Qobustan, Gəmiqaya, İran yaylası), saxsı qablarda, xalçalarda dönə-dönə işlədilən bu damğanı və onun reallıqda nə anlam daşıdığını araşdırmadan günəşi simvolizə etdiyini və arilərin tapınaq və inanc sisteminə aid olduğunu iddia etmişlər. Həqiqətin nədən ibarət olduğunu anlamaq üçün isə, təbii ki, oxşar motivləri bir araya gətirdikdən sonra bir nəticəyə varmaq olar. İlk öncə qeyd edək ki, bu işarənin astral xarakterli olduğu və rəsmlərdə bir çox halda səma obyektləri arasında yer aldığı bəllidir. Amma o da faktdır ki, bu işarənin quruluş forması bir mərkəz ətrafında fırlanmanı ifadə edir.  Bu isə günəşn mahiyyətinə uyğun deyil.  Üstəlik də ibtidai insanların günəşin fırlanması barədə hansısa təsəvvürə malik olduğuna inanmaq çətindir. Kosmoqonik anlam daşıdığı şübhə doğurmayan və müəyyən bir fəlsəfi-mifoloji görüşü əks etdirən damğanın mahiyyətini başa düşmək üçün o, əski türk inanc sistemı əsasında araşdırılmalıdır.
Əski türk mifoloji qaynaqlarının araşdırılması göstərir ki, qədim türklər  göyün Ülkər ulduzlarına bağlı olduğunu və səmanın Ülkərin ətrafında döndüyünü düşünürdülər. Bu inanc  petroqilf və piktoqrafik təsvirlərdə özünü Ülkər ulduzlar qrupunun simvolu sayılan keçı və yaxud onun damğası sayılan “baş” işarəsi ilə birlikdə təsvir edilməsində təzahür edir. 

Gəmiqaya




 Gəmiqayada “baş” və “öz” damğaları birlikdə



Qobustan

Qobustan

Qobustan


İran yaylası



İran yaylası, möhür

İran yaylası- saxsı nimçə

Bu inanc daha bir qutsal düşüncənin təməlində dayanır  və fələklərin bir nöqtə üzərində fırlandığını və ondan törəyən zaman anlamını ortaya çıxarır. Bu isə hadisələrin  zaman axarında necə cərəyan etməsini, başqa sözlə, insanların taleyinin kainatın fırlanmasından və zamanənin gedişindən asılıığını göstərir. Burada məcazən fələk (göy, cismləri ilə birlikdə) məfhumu  zaman tanrısı düşüncəsini ortaya çıxarır . Bu isə əski türk düşüncəsinə görə “öžlək” adlanır. Öž (öd) zaman mənasında qədim türk qaynaqlarında işlənmişdir. Bu tanrının adı əski türk yazılarında “Ödtengri” olaraq keçir. Kül tiğin abidəsində atalar sözünə oxşar bir cümlədə belə deyilir : “Ödtengri yasar, kisi oğlu kop ölgəli // ölügli törəmis” (Zaman tanrı yaşar amma insan oğlu çox fənalı törəmiş).
  “Öžlək” isə fələk – zaman anlamında  aktual olmuşdur. Örnək olaraq, məşhur türk xaqanı Alp Ər Tonqanın ölümünə söylənmiş ağını göstərmək olar:

Alp ər Tunqa öldimü?
İsiz ajun qaldımı?
Öžlək öcin aldımı?
Emdi yürək yırtılur.

Gördüyümüz kimi, bu folkolor nümünəsində öžləyin, yəni fələk-zamanənin öc (intiqam) alıb-almadığı sorulur. Xalq arasında “Öžlək”ə (fələkə) inam günümüzə qədər davam edir. Amma indi bu söz artıq arxaikləşib və dilimizdə onu ərəb mənşəli “fələk” sözü işlənir.  “Sən saydığını say, gör fələk nə sayır” atalar sözündə də əks olunmuş bu incaca  görə talelər, işlərin gedişi yalnız fələk saydığımız zamam tanrısı və ya quvvəsindən asılıdır. Bu tanrı işlərdə bizlərə uğur versin deyə, qədim dövrdə “öžlək” damğası saydığımız svastika ərənlərin dəbilqə, qalxan və kəmər-toqqalarinda həkk edilr, türk qadınlarının boyunlarından asılırdı.

Marlik. “Öžlək”  damğasının magik bəzək elementi kimi çıxış etdiyi qızıl boyunbağı

Əcdadlarımızın kosmoqonik düşüncələrini tamamlayan astroloji baxışlar  sonrakı dövrlərdə daha da təkmilləşərək  səma çərxinin qütb ulduzu ətrafında fırlanması düşüncəsini meydana gətirmişdir. Bu səbəbdən də həmin ulduz “Təmür Kazuk” (dəmir mismar), fələk isə “Kök Çığrısı”(göy cəhrəsi-çərxi) adlanmışdır. Maraqlıdır ki, orta çağ astrologiyasında həmin qütb ulduzuna ərəb mənşəli sözlə “Codəy” (جدی ) // Oğlaq demişlər. Bu isə göyün mərkəzinin əski görüşlərdə keçi(Ülkər qrupu) ilə bir daha səsləşdiyini görürük.

Kiçik ayı bürcündə qütb ulduzu “Codəy” (جدی ) // Öğlaq

Kiçik ayı bürcündə qütb ulduzu





İran yaylasının dörd bir yerində “Öžlək” damğası


Saymalıtaş-Qırqızistan “Öžlək” damğası

“Öžlək”  damğası daha bir funksiyanı ifadə etməkdədir o isə qutsallık və ruh aləmidir. Əski türkcədə “Öz”, ruh anlamında işlənmişdir o ucdan qədim  küp qəbirlərin yuxarı hıssəsində “Öžlək”  damğası yer almaqdadır və bununla gələcək həyatda ölmüş insanın ruhuna uğur diləyirmışlər. Bu gələnək islamiyyət dönəmində belə davam etmişdir və bir çox türbələr və məscidlər bu damğa ilə süslənmışdir:


Şeyx Səfiəddin türbəsi – Ərdəbil


Came məscidi- İsfahan



“Xoca Əhməd Yasəvi” türbəsi- Qazaqistan


“Öžlək”  damğasının başqa forması “Dönərgə” damğası olmuşdur. Ona əsasən qədim Qafqaz Albaniyasının kilsə divarlarında və məzar daşları və sənduqələrdə rast gəlinir o damğa da islamiyyət dövrundə bəzən müqəddəs məkanlarda işlənmışdir:


Sənduqə Urud kəndi



Şah Nemətullah Vəli türbəsi- Mahan





















1 yorum:

  1. bu işarə günəşin yox qalaktikamızın fırlanmasıni göstərir

    YanıtlaSil