Axtar

7 Nisan 2013 Pazar

Toponim incələmələri :“AB” sonluğu (I bölüm)

Yengi Ögə




Azərbaycan onomastikasında bir çox sözlər öz dəqiq izahını tapmamışdır. Onların böyük əksəriyyətinin paleotoponimlərə aid olduğunu tam cəsarətlə söyləmək olar. İlkin prototürk dilimiz haqda bəlgələrin, demək olar ki, olmaması və ya həddən az olması bu istiqamətdəki araşdırmaları bir qədər çətinləşdirir. Bununla belə istər coğrafi, istərsə də dil baxımından bizə çox yaxın olmuş qədim xalqlardan birı sayılan şumerlərin dili yetərincə araşdırılıb ki, bu da bizə əski dilimizin sırrlərının açılmasında yardımçı ola bilər.
Sözügedən məsələdə başqa bir sorun da var . Bilindiyi kimi, Azərbaycan ərazısı bir neçə minillik oturaq həyat tərzi tarixinə malikdir və bu sürəcdə yerli prototürk əhalısindən başqa, həmin ərazidə bəzi hallarda qıraqdan gəlmiş yad tayfalar da kompakt şəkildə məskunlaşmış və yerlı xalqın içində ərimişlər. Odur ki, onların da dilindən qaynaqlanan və günümüzədək yaşamını davam etdirən bəzi yad toponimlərə rast gəlinməkdədir. Tədqiqatlar zamanı bu fakt mütləq nəzərə alınmalıdır. Amma əsas məqsədimiz, təbii ki, ilk növbədə əski türk toponimlərini araşdırmaq olmalıdır.
Toponimlər uzun zaman sürəcində formalaşdığından onları qatlara və siniflərə bölmək lazimdir. Paleotoponimlərin öyrənməsində bu çox önəmli məsələdir. Bu məsələdə bizə yardımçı ola biləcək ən əsas faktor topoformantlar və onlarla birlikdə işlənən məxsusi şəkilçilər ola bilər.
Paleotoponimlərimizdə rastlanan və prototürk dilinə aid olan topoformantlardan biri “AB” formantıdır. O, əsasən Güney Azərbaycandakı yer adlarında, o cümlədən “Sarab”, “Binab”, “Sırxab”, “Çarandab”, “Selab”, “Xoşginab”, “Zincinab”, “Sinab” və bu kimi toponimlərdə sonluq olaraq gözə çarpır. İlk baxışda bu şəkilçi su mənasını bildirən AB (av/ob/suv/sub- Şumercə “A”) sözünü xatırladır və  dilçilər bu sonluqla bitən toponimləri həmin söz açısından izah etməyə çalışmış və onu fars dili materialı kimi təqdim etmişlər. Amma qədim prototürk dilimizdə AB sözü iki mənanı ifadə etmişdir. O həm qapı (AB /EŞ- ev, eşik, məskən anlamında), həm də inək (qapı heyvanı kimi indi də işləkdir) məfhumunu bildirmişdir . Bu hal qədim şumer dilində də belə olmuşdur. AB sözünə bəzi səslər artırılaraq müxtəlif forma almışdır. Qədim Akad dilində BAB və əski türkcədə KAPIĞ / QABolaraq işlənmişdir. İran yaylasında bu sözün ikinci mənası olan inək, GAB / GAV bu günə kimi işləkdir hətta ingilis dilində COW (kav) sözü həmin kökdəndir. 
Əski dönəmlərdə sarayların, önəmli abidələrin və şəhər dərvazalarının giriş qapılarında inəyin piktografik rəsmləri yaxud daş heykəllərinin qoyulması həmin sözün vahid məna daşıdığını bir daha sübut edir. Bu dərvazalarda bir çox hallarda inəklə yanaşı qoşa aslan rəsimləri də həkk edilirdi bu isə qapının güclü qorunduğunu bildirirdi. 



Tunc bayraq (M.Ö 2400) - İran yaylası 



Məşhur Babil qapısı




Əhəməni sarayının giriş qapısı



Məlik Əjdər türbəsi-Cicimli kəndi Laçın


Tarixi kərvansaray və yuxarısında relyef qabartmalar


Qoşa qala qapısı-Bakı


Qapı (qab/qav) və onu qoruyan aslanlar


Daş qapı və onu qoruyan qoşa aslan- Xoy şəhəri



Daş qapı və onu qoruyan qoşa aslan. Təbriz.

Tarixi Təbriz şəhəri bir neçe müstəqil bölük və məhəllədən ibarət idi və bu məhəllələr özlərinə xas dərvazalara malik olmuşlar. Həmin məhəllələrin bir qisminin adının sonunda AB (qapı mənasında) formantına rast gəlirik. Örnək olaraq Sırxab // Surxab, Çərəndab və sairəni göstərmək olar.   Bəzi məhəllələrin adında (Nobar qapısı, Gəcil qapısı) isə birbaşa “qapı” sozü işlənmişdir.




















Hiç yorum yok:

Yorum Gönder