Axtar

23 Nisan 2013 Salı

Toponim incələmələri : İlkin yer adları və sonluqlar (II bölüm)


Yengi Ögə




Əski uyqarlıklarda ölkə və şəhər anlamını bildirən heroqliflər


Qədim sivilizasiyalarda toponimlərin, xüsussən də oykonimlərin (yaşayış yerlərinin) biçimlənməsində ortaq düşüncə sisteminin mövcud olduğunun  şahidi oluruq. Bunu onların “ölkə” və “şəhər” anlamında işlətdikləri heroqlif və piktoqramlarının oxşarlığı əyani sübut edir. Bu işarələrin hamısında ölkə və şəhərləri bildirən iki və ya üç zirvəli dağ şəkli ilə rastlaşırıq. Qədim Azərbaycan və türk mədəniyyəti ilə çox sayda ortaq nöqtələri olan Şumerdə ölkə və dağa “kur” deyilmişdir. Şumer dilindəki “kur” (dağ) sözünün dilimizdəki qarşılığı olan “dağ” sözünün müxtəlif türk ləhcə və şivələrindəki səsləniş formalarının (tav, tau, tı) müqayisəsi, bütün variantlarinda “da” kökünü ayırmağa imkan verir. Hətta bəzi ləhcələrdə dağ sadəcə “daa” kimi tələffüz edilir. Bunu əldə əsas tutaraq vaxtilə midiyalıların hakimiyyətinə son qoyan və  dillərinə midiyalıların dilindən bir çox söz, o cümlədən siyasi termin keçən Əhəmənilərin (Həxaməneşlərin) qayaüstü mixi yazılarında “ölkə” sözü “dah-yu” olaraq keçir. Göründüyü kimi, qədim farslarda “dağ” sözü “dah” formasında olmuşdur. Buradakı “yu” // “ya” şəkilçidir və o, çox sözlərin tərkibində işlənir.
Məlum olduğu kimi, türk ləhcə və şivələrində hündürlüklə bağlı başqa sözlər də mövcud olmuşdur . Onlar türk toponomokasında əsasən sonluq kimi işlənmişlər. Bu sözlərdən biri “üst”, “üstən” sözüdür. Bəzən “üster” variantına da rast gəlinir. “Üst” topoformant kimi Orta Asiya toponimlerində məhsuldardır. “Üstən” ifadəsinin variantlarından olan “ustan” makro toponimlerde (əsasən ölkə adlarında) işləkdir. Bu sözün işlənmə tarixi çox eski olduğundan onu yanlış olaraq fars kökənli söz kimi qəbul edirlər, halbuki, fars dilində bu gün də işlək olan rusta (kənd mənasında) sözü etımoloji baxımdan əski türkcədəki eynianlamlı “erüstək” (rustak) sözündən qaynaqlanır.
“Üst” sözündən törəmiş “üster” (üst yer) sözü ən əski toponimlərdə iştirak edir. onlardan “Şəbüstər”// Çiüster (şab /sub, çi –su anlamında), “Pörüster” (Tufaqanın yaxinlığında) hətta qədim Elam ərazisində yerləşən “Şuştər”(şu-üstər) və s. Yer adlarını göstərmək olar.
Güney Azərbaycanda, Midiya dövründə yaşadığı bildirilən Zərdüştün adı Avestada   Zaraϑuštra (Zarasuştra) kimi qeyd edilib. Bu isə şəsx adından daha çox əski  yer adlarını xatırladır. Qeyd edək ki, onun əsl adı “Oşo” olmuşdur. Odur ki, “Zarasuştra” (zaras-üster / sarı üstyer) sözünün nisbə olduğunu düşünürük. Nizamı Gəncəvinin adındakı “Gəncəvi” onun Gəncədən olduğunu bildirdiyi kimi, “Zarauştra” da əsl adı Oşo olan peyğəmbərin doğulduğu yeri bildirməkdədir. Fikrimizcə, Avestadakı daha bir şəxs adı, eyni qaydada, yer mənsubiyyəti ilə əlaqəlidir. O şəxs “Fraşauştra” (Fraşa-üşter) kimi qeyd olunmuşdur.
“Üst // üşt” formantına Güney Azərbaycanda, Qaradağ mahalında yerləşən “Üştbin” (üst-bin) kəndinin adında da rast gəlirik. Əski toponimlərdə “üst // üşt” sözü bəzən “ üs // üş //üç” formasında da işlənib. Fikrimcə, qədim mənbələrdəçəkilən “uşkaya”, “üauş” bu qəbil toponimlərdəndir. Toponimlərimizdə “uca” sözü də işlənmişdir. Misal üçün, midiyalılar ve persler Elam ölkəsini “Huca” (uca) adlandırmışlar. Qədim şümer mətnlərində isə bu ölkən adı “uca” mənasını verən” NİM” ixtisar işarələri ilə yazılmıştır. 

Hiç yorum yok:

Yorum Gönder