Axtar

26 Aralık 2010 Pazar

Tarixi sənədlərimiz nədən dağıdılır?!

Yengi Ögə








Şəkildə görünən bu dağıdılmış daş yazıları Urmu gölünün şərqində yerləşən Əcəbşir şəhərinin Qalaçay kənd hövzəsindəki tarixi "Gönkələ" (Qonqdej) qaya üstü mixi yzısına  aiddir. Mədəni İrs Təşkilatının mütəxəsislərinin dediyinə görə bu mixi yazı Urartu şahı 1-ci Arqiştiyə (852-785 m.ö) məxsusdur və Mannaya hücumu zamanı qala alındıqdan sonra yazılmişdır.
Lakin daha maraqlı məqam ondan ibarətdir ki bu qalanın yerləşdiyi ərazı yerli əhali tərəfində Tulyan (Turan- yerli əhalinin danışığında bir çox vaxt R hərfi fonotik dəyişilrək L hərfi kimi səslənir )adlanmasıdır. Tarixi əsatir qaynaqları o cumlədən Avesta kitabinin yazdığına görə Fərəngərəsin ( Əfrasiyab - Alpərtonqa) Urmu (Çiçest) gölunün  ətrafında Qonqdejdən yuxarıda yerləşən "Xaştrasuk" keçidinde İran-Turan savaşı zamanında həlak olmuşdur. Hətta Mahmud Kaşğarlının "Divane Loğate Turk" kitabının yazdıgına görə Əfrasiyabin qızı "Qaz"-ın əri Səyavuş da həmin bölgədə yerləşən Ruindej qalasının yaxınlıgında oldürülmüşdşr. Rəşidəddin Fəzlollah Həmədani-nin yazdıgına görə bu qala  Dizəcrud ( Qalaçay ) hövzəsində yerləşirmiş.
Bele bir tarixi məkanda yerləşən bu tarixi abidə görəsən ne üçün dağıdılır!? bilərəkdən yoxsa nadanlıqdanmı?
Öncələr məntəqənin tarixi qəbristanlıqlarında mövcud olan qoç heykəlləri nadan qızl axtaranlar tərəfindən
sındırılaraq məhv edilməsinin şahidi olmuşduq görəsən yenə də qayanın içində qızıl axtarırmışlar yoxsa...?

13 Aralık 2010 Pazartesi

Saxta mumiya haqda!

Yengi Ögə

Bir güneyli tədqiqatçı kimi qədim mixi yazılari ilə tanışlığım var.Onun üçün də bu video görüntüdə məni ilk öncə orda olan mixi yazı maraqlandırdı və onu oxumağa başladım.Mixi yazılardan başı çıxan hər bir kəs ilk baxışda bu mixi yazının hansı növü olduğunu anlayır. Bu mixi  yazı növü qədim Əhəməni (Həxaməneşi) imperatorluğunda pars dilini yazıya almaq üçün birinci Daranın tapşırığı ilə, demək olar əlifba formasında yaradılmışdir və onun oxunuşu daha da asandır. Mən ilk baxışda mumiyanın sinəsi ustundə balıq fiqurundakı yazını oxudum və sonra  güldüm, ona görə ki bu yazı Latin (ingilis) əlifbası sırası ilə ardıcıl düzülmüş əlifba duzumudur və heç bir məfhumu ifadə etmir. Bununla bu mumiyanin saxta və yazının naşı adamlar tərəfindən hazırlanmasını gördüm.





" Babək" sözü haqda yeni mülahizə !

Yengi Ögə




Bu söz Azərbaycan xalqının igid oğlu və böyük sərkərdəsi olan Babəkin adi olduğu uçun istədim dilçilik baxımından bu sözün etimologiyasını bir az araşdıram .
Bildiyimiz kimi fars dilçi aliımləri bu sözün kökünü “ PAPAK “ hesab edib və orta fars diline aid söz olaraq babacik kimi mena etmişlər
( baba + k  kiçitmə şəkilçisi )
Lakin BABƏK sözünu türk dili əsasinda açıqlayarkən tam başqa məna əlde edilir . Bu söz tarixdə şəxs adi kimi sasani sulaləsinin banisi Ardəşirin atasının adı kimi də getmişdir və fars vilayrtində “ nəqşe rüstəm “ kətibəsində və orta fars dilinə aid “ Kar_namag_i  Ardaxşer_i  Pabagan “ adlı kitabda gəlmişdir . Alimlər bu sözü doğru olaraq PABAG kimi oxumuşlar . Həmin sözü türk dili əsasinda belə açıqlamaq olar :                  PA + BƏG
“ PA “ yaxod “APA “ ( kar samit olan P hərfini sözün başlangicinda yumuşaq tələffüz etmək üçün əski dövrdə A saitini sözün əvvəlinə artirirdilar ) qədim türk dilinə aid bir sözdür və böyük , ulu kimi məna olunur . Qədim türk qaynaqlarında o cümlədən Bilgə xaqan və Tonyukuk abidələrində rütbə bildirən ifadə kimi işlənmişdir . Misal üçün PATARKAN ( oxunuşu APATARKAN ) sözündə həmin ifadə işlənmişdir . Artırmalıyam TARKAN ( Bu günki dilde desək Tarxan ,Tərxan ) qədim türklərdə hərbi rütbə olmuşdur . Apatarkan isə yəqin Tarkandan yuxarı rütbe olmuşdur və boyük Tarkan kimi məna edilə bilər .
BAG ( Bəg ) sözünə gəldikdə isə o da həmçinin hərbi rütbe bildirən vəzifə olmuşdur və əsasən bir bolgənin hərbi hakimi unvanını ifade edirmiş . Bu söz Divanul_Luğat_Türk kitabında ise həmin məzmunda izah edilmişdir. Qədim orxon _ yenisey abidələrindən  Kül Təkin abidəsində kök türk xaqanı Bilgəkağan bir yerli hakim haqda belə deyir : Bars ( şəxs adi ) Bəg idi xaqan adin burada ona biz vərdk …
Bununla  APABƏG , PABƏG , BABƏK ( bu günki deyiliş əsasən Ərəb lehcesi təsirilə formalaşmışdır ) böyük Bəy yaxud ulu Bəy kimi məna edilir.
Ancaq burada bir sual ortaya çıxır , görəsən bu söz fars dilinə necə keçmişdir? Xatırlatmaq lazımdır bir çox türk mənşeli söz əslən orta asiyadan olan Arşaq (Əşkanilər ) şahlarının dövründə orta fars dilinə nufuz etmişdir lakin fars alimləri onları özləşdirmişlər və qədim pəhləvi dilinə aid hesab edirlər bu sözlərin bir çox numunəsini Avesta kitabinda gormək olar .
BABƏK sözü isə görünür həmin dövr hərbi rütbəsi olan yerli hakimlərə verilirmiş.
Artaxşər şahın atasi sonuncu Arşaq şahı Artban dövründə fars vilayətində şəhər hakimi olmuşdur.
Azərbaycanın böyük qəhrəmanı BABƏK haqqında qədim Ərəb mənbələrində çoxlu məlumat verilib. Düzdür onların bir çoxu öz dövründə qərəzli yazılmışdır amma elm_ tedqiq noqteye nəzərindən onlardan çox faydalanmaq olar . Misal üçün Tarix_e Təbəride BABƏK in hərbi sərkərdələrindən birinin adi TƏRXAN (Tarkan ) çəkilir . Bu sərkərdə əslən Marağa tərəfindən olmuşdur və onun necə həlak olmasi haqda məlumat verilir . Bununla Türk hərbi rütbəsinin işləndiyinin şahidi oluruq . ….

" SAVALAN " oronimi ( dağ və təpə adi ) haqda mülahizə !

Yengi Ögə




Savalan sözü barəsində indiyə qədər bəzi fikirlər soylənmişdir lakin elmi əsaslarla axtarişlar
aparılmamışdır. Bu arada mən yalniz dilçilik noqteyi nəzərindən öz fikirlərimi soyləmək
istərdim.
“ SAVALAN “ ( əski türkcə ilə desək SABALAN _ qədim türk dilində “ V “
hərfi olmamışdır ) sözü qədim türklərdə at heyvanının müəyyən növünə
deyilirmiş. Bu söz “ SAB “ ismi və heyvan bildirən “ LAN “ şəkilçisindən
ibarətdir. “ SAB “ sözünün etimologiyasını tam mənada təyin etmək bir az
çətin gorünür lakin muqayisə yolu ilə onu türk sözü kimi qebul edə bilərik .
Həmin söz qədim Azərbaycan xalqının etnogenində dayanan türk mənşəli
MAD xalqının dilində SAPA yaxud ASPA şekilinde işlenmişdir. Bu söz
sonralar Parsların (farsların) dilinə keçərək onların mıxı yazılarında “ ASA “
və Avesta kitabinda ASPA formasinda yazılmışdır. Həmçinin xatırlatmalıyam ki,
qədim orta Asiya skiflərinin dilində ASPA sözü işlənirmiş . Hemin sözün başqa
variantlari iki türk mənşəli qədim etnosun yanı SABAR – ların və AZ (as)ların
adlarında müşahidə olunur.
Xatırlatmalıyam qədim türklərin məişetində at heyvanı həddindən artıq rol
oynayırmış bu səbəbden türk dilinde həmin heyvanın çeşidlərini bir-birindən
ayırmaq üçün qırxa yaxın söz mövcuddur (ərəb xalqlarının dilində dəvə
heyvanının muxtelif adlara malik olduğu kimi ) onlar hamısı at heyvanını
bildirir. 
On əsr əvvəl yaşamış böyük türk dilçi alimi Mahmud Kaşğəri öz dəyərli əsəri
olan Divani-luğati-türk kitabinda SEB yaxud SEP sözünü açıqlarkən onu iki
yaşına çatmış at balası məna edir . Daha sonra həmin sözün iştiraki ilə
SEPAQOR
(SEP AQORI) sözünü gətirib və atın yem torbası kimi izah edir. Bu söz indi
Güney Azərbaycanın Səhənd ətrafı kəndlərində SEPAXUR kimi danışıqda
işlənir həmçinin SEB sözü SIPA kimi işlənməkdədir.
SABALAN sözünün ikinci hissesi yanı “ LAN “ sözcüyünə gəldikdə , qədim
türk dilində bir çox başqa heyvan adlarında iştirak edən şəkilçilər kimi çox
işlək olmuşdur. LAN sözcüyünün ALAN ( düz, açıq və geniş yer- mənasında
) sözü ilə heç əlaqəsi yoxdur hərçənd ki, bəzi yer adlarının tərkibində iştirak
edir. Indi isə ” LAN “ şəkilçisi ilə bitən bəzi heyvan adlarını xaıirladaq :
As.lan – Ars.lan , Bors.lan (bəbir) , Kap.lan (pələng) , Pax.lan ( flaminqo) ,
Cey.lan ( ceyran) , Qu.lan ( vəhşi eşşək) , Sırt.lan (kaftar) , Yi.lan (ilan) ,
Bo.lan ( bir növ yırtıcı heyvan) , Lüi.lan (ejdaha) , və nəhayət Saba.lan ….
Həmin dağın “ SABALAN “ yaxud deyilişdəki kimi “SAVALAN “ ( at heyvanı )
adlanması muxtəlif səbəblərlə izah edilə bilər . Həmin dağın ətəklərində bir
çox qədim türk tayfalarına bağlı əhalı yaşamaqdadır. Onların arasında bu
dag haqqında bir əfsanə dolaşmaqdadır. Deyilənlərə görə həmin dağda
mövcüd olan göldən ildə bir kərə bir at çıxıb kişnəyərək öz sahibini axtarar
lakin onu tapa bilmədiyi üçün yenə həmin gölə qayıdar….
Hər bir əfsanə yaxud əsatir ( mif ) özündə bir tarixi hadisəni əks etdirir .
Gorəsən SAVALAN dağında atla bağlı nə kimi hadisə baş vermişdir ?…
Heyvan adları ilə formalaşmış dağ- təpə adlarına elmi dildə zoonimik oronim
yaxud zoooronim deyilir . Belə adlar Azərbaycan ərazisində az deyil xususən
Güney Azərbaycan ərazisində bu adlar haqqında cox az tədqiqat işi
aparılmışdır . Ümid edirik bir gun tariximiz və dilimizlə bağlı bütün qaranlıq
səhifələri ışıqlandıra bilək…
-------------------------------------------------------------------------------------------------------
----------------------------------