Axtar

13 Aralık 2010 Pazartesi

Saxta mumiya haqda!

Yengi Ögə

Bir güneyli tədqiqatçı kimi qədim mixi yazılari ilə tanışlığım var.Onun üçün də bu video görüntüdə məni ilk öncə orda olan mixi yazı maraqlandırdı və onu oxumağa başladım.Mixi yazılardan başı çıxan hər bir kəs ilk baxışda bu mixi yazının hansı növü olduğunu anlayır. Bu mixi  yazı növü qədim Əhəməni (Həxaməneşi) imperatorluğunda pars dilini yazıya almaq üçün birinci Daranın tapşırığı ilə, demək olar əlifba formasında yaradılmışdir və onun oxunuşu daha da asandır. Mən ilk baxışda mumiyanın sinəsi ustundə balıq fiqurundakı yazını oxudum və sonra  güldüm, ona görə ki bu yazı Latin (ingilis) əlifbası sırası ilə ardıcıl düzülmüş əlifba duzumudur və heç bir məfhumu ifadə etmir. Bununla bu mumiyanin saxta və yazının naşı adamlar tərəfindən hazırlanmasını gördüm.





Hiç yorum yok:

Yorum Gönder