Axtar

26 Aralık 2010 Pazar

Tarixi sənədlərimiz nədən dağıdılır?!

Yengi Ögə








Şəkildə görünən bu dağıdılmış daş yazıları Urmu gölünün şərqində yerləşən Əcəbşir şəhərinin Qalaçay kənd hövzəsindəki tarixi "Gönkələ" (Qonqdej) qaya üstü mixi yzısına  aiddir. Mədəni İrs Təşkilatının mütəxəsislərinin dediyinə görə bu mixi yazı Urartu şahı 1-ci Arqiştiyə (852-785 m.ö) məxsusdur və Mannaya hücumu zamanı qala alındıqdan sonra yazılmişdır.
Lakin daha maraqlı məqam ondan ibarətdir ki bu qalanın yerləşdiyi ərazı yerli əhali tərəfində Tulyan (Turan- yerli əhalinin danışığında bir çox vaxt R hərfi fonotik dəyişilrək L hərfi kimi səslənir )adlanmasıdır. Tarixi əsatir qaynaqları o cumlədən Avesta kitabinin yazdığına görə Fərəngərəsin ( Əfrasiyab - Alpərtonqa) Urmu (Çiçest) gölunün  ətrafında Qonqdejdən yuxarıda yerləşən "Xaştrasuk" keçidinde İran-Turan savaşı zamanında həlak olmuşdur. Hətta Mahmud Kaşğarlının "Divane Loğate Turk" kitabının yazdıgına görə Əfrasiyabin qızı "Qaz"-ın əri Səyavuş da həmin bölgədə yerləşən Ruindej qalasının yaxınlıgında oldürülmüşdşr. Rəşidəddin Fəzlollah Həmədani-nin yazdıgına görə bu qala  Dizəcrud ( Qalaçay ) hövzəsində yerləşirmiş.
Bele bir tarixi məkanda yerləşən bu tarixi abidə görəsən ne üçün dağıdılır!? bilərəkdən yoxsa nadanlıqdanmı?
Öncələr məntəqənin tarixi qəbristanlıqlarında mövcud olan qoç heykəlləri nadan qızl axtaranlar tərəfindən
sındırılaraq məhv edilməsinin şahidi olmuşduq görəsən yenə də qayanın içində qızıl axtarırmışlar yoxsa...?

Hiç yorum yok:

Yorum Gönder