Axtar

13 Aralık 2010 Pazartesi

" SAVALAN " oronimi ( dağ və təpə adi ) haqda mülahizə !

Yengi Ögə




Savalan sözü barəsində indiyə qədər bəzi fikirlər soylənmişdir lakin elmi əsaslarla axtarişlar
aparılmamışdır. Bu arada mən yalniz dilçilik noqteyi nəzərindən öz fikirlərimi soyləmək
istərdim.
“ SAVALAN “ ( əski türkcə ilə desək SABALAN _ qədim türk dilində “ V “
hərfi olmamışdır ) sözü qədim türklərdə at heyvanının müəyyən növünə
deyilirmiş. Bu söz “ SAB “ ismi və heyvan bildirən “ LAN “ şəkilçisindən
ibarətdir. “ SAB “ sözünün etimologiyasını tam mənada təyin etmək bir az
çətin gorünür lakin muqayisə yolu ilə onu türk sözü kimi qebul edə bilərik .
Həmin söz qədim Azərbaycan xalqının etnogenində dayanan türk mənşəli
MAD xalqının dilində SAPA yaxud ASPA şekilinde işlenmişdir. Bu söz
sonralar Parsların (farsların) dilinə keçərək onların mıxı yazılarında “ ASA “
və Avesta kitabinda ASPA formasinda yazılmışdır. Həmçinin xatırlatmalıyam ki,
qədim orta Asiya skiflərinin dilində ASPA sözü işlənirmiş . Hemin sözün başqa
variantlari iki türk mənşəli qədim etnosun yanı SABAR – ların və AZ (as)ların
adlarında müşahidə olunur.
Xatırlatmalıyam qədim türklərin məişetində at heyvanı həddindən artıq rol
oynayırmış bu səbəbden türk dilinde həmin heyvanın çeşidlərini bir-birindən
ayırmaq üçün qırxa yaxın söz mövcuddur (ərəb xalqlarının dilində dəvə
heyvanının muxtelif adlara malik olduğu kimi ) onlar hamısı at heyvanını
bildirir. 
On əsr əvvəl yaşamış böyük türk dilçi alimi Mahmud Kaşğəri öz dəyərli əsəri
olan Divani-luğati-türk kitabinda SEB yaxud SEP sözünü açıqlarkən onu iki
yaşına çatmış at balası məna edir . Daha sonra həmin sözün iştiraki ilə
SEPAQOR
(SEP AQORI) sözünü gətirib və atın yem torbası kimi izah edir. Bu söz indi
Güney Azərbaycanın Səhənd ətrafı kəndlərində SEPAXUR kimi danışıqda
işlənir həmçinin SEB sözü SIPA kimi işlənməkdədir.
SABALAN sözünün ikinci hissesi yanı “ LAN “ sözcüyünə gəldikdə , qədim
türk dilində bir çox başqa heyvan adlarında iştirak edən şəkilçilər kimi çox
işlək olmuşdur. LAN sözcüyünün ALAN ( düz, açıq və geniş yer- mənasında
) sözü ilə heç əlaqəsi yoxdur hərçənd ki, bəzi yer adlarının tərkibində iştirak
edir. Indi isə ” LAN “ şəkilçisi ilə bitən bəzi heyvan adlarını xaıirladaq :
As.lan – Ars.lan , Bors.lan (bəbir) , Kap.lan (pələng) , Pax.lan ( flaminqo) ,
Cey.lan ( ceyran) , Qu.lan ( vəhşi eşşək) , Sırt.lan (kaftar) , Yi.lan (ilan) ,
Bo.lan ( bir növ yırtıcı heyvan) , Lüi.lan (ejdaha) , və nəhayət Saba.lan ….
Həmin dağın “ SABALAN “ yaxud deyilişdəki kimi “SAVALAN “ ( at heyvanı )
adlanması muxtəlif səbəblərlə izah edilə bilər . Həmin dağın ətəklərində bir
çox qədim türk tayfalarına bağlı əhalı yaşamaqdadır. Onların arasında bu
dag haqqında bir əfsanə dolaşmaqdadır. Deyilənlərə görə həmin dağda
mövcüd olan göldən ildə bir kərə bir at çıxıb kişnəyərək öz sahibini axtarar
lakin onu tapa bilmədiyi üçün yenə həmin gölə qayıdar….
Hər bir əfsanə yaxud əsatir ( mif ) özündə bir tarixi hadisəni əks etdirir .
Gorəsən SAVALAN dağında atla bağlı nə kimi hadisə baş vermişdir ?…
Heyvan adları ilə formalaşmış dağ- təpə adlarına elmi dildə zoonimik oronim
yaxud zoooronim deyilir . Belə adlar Azərbaycan ərazisində az deyil xususən
Güney Azərbaycan ərazisində bu adlar haqqında cox az tədqiqat işi
aparılmışdır . Ümid edirik bir gun tariximiz və dilimizlə bağlı bütün qaranlıq
səhifələri ışıqlandıra bilək…
-------------------------------------------------------------------------------------------------------
----------------------------------

Hiç yorum yok:

Yorum Gönder